Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD-in Suriya ve İraqdan kenarda 6 silahlı birleşmesi var

21 Haziran 2016

6:28 pm


21/06/2016 [22:24]: xeber –
“Terrorçu İŞİD qruplaşması Suriya və İraqdan kənarda fəaliyyətdə olan 6 silahlı dəstə yaradıb”.”Report” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin “İŞİD və Amerika siyasəti” adlı hesabatında bildirilib.Sənəddə qeyd olunub ki, İŞİD Afrika və Yaxın Şərqdə, eləcə də Əfqanıstanda fəaliyyətdə olan 6 silahlı birləşmə yaradıb: “İŞİD zəifləmək əvəzinə, dünyada metastaz verib. Onun təfrdarları Liviya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Yəmən və Əfqanıstanda fəlaiyyət göstərir. Onun 6 qeyri-nizami ordusu üç qitədə,- hələ Avropa və ABŞ-dakı müxtəlif özəklərindən danışmırıq,- fəaliyyətini davam etdirməkdədir. Onların özəyi qeyri-adi deyil. Təlim bazası, “Hava-hava” tipli raketləri, tank-əleyhinə silahlları, yüzlərlə, bəlkə də minlərlə döyüşçüsü ilə əsaslı ordudur.”Xatırladaq ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Senatda çıxışında Suriya və İraqda 18-22 min İŞİD silahlısının olduğunu söyləmişdi. Onun sözlərinə görə, bu qruplaşmanın Liviyada 5-8 min, Nigeriyada 7 minə yaxın, Yəmən, Misir, Əfqanıstan və Pakistanda – hər birində yüzlərlə silahlısı mövcuddur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler