Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD-in sirr qutusunun yeri bilindi – “Tek qol”

05 Temmuz 2016

1:24 pm


05/07/2016 [17:23]: xeber –
İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdırmaqda şübhəli bilinən çeçen terrorçusu Əhməd Çatayevin olduğu yer müəyyənləşdirilib. Publika.az xəbər verir ki, Çatayev İraqın Mosul vilayətinin Tel-Afer bölgəsində gizlənir. İstanbulun hər nöqtəsini ovcunun içi kimi yaxşı tanıyan və illərlə Avropa-Türkiyə-Gürcüstan üçbucağında Qafqaz Əmirliyi (İmarat Qafqaz) üçün işləyən Əhməd Çatayev 2014-cü ildə qəflətən İŞİD-ə qatılıb. “Qafqaz Əmirliyi”nin İnquşetiya üzrə nümayəndəsi Səid də onunla birlikdə İŞİD-ə qoşulub. Çatayev İŞİD-ə qoşulduqdan sonra İraq bölgəsində olan qafqazlı döyüşçülərlə işləyib. O, əlaqələrindən istifadə edərək bir çox təcrübəli çeçen döyüşçünü də İŞİD-ə cəlb edib. Təxminən 200 nəfərlik təcrübəli çeçen qrupuna komandanlıq edən Əhməd Çatayevin Mosulun Tel-Afer bölgəsində olduğu təxmin edilir. Eyni zamanda ciddi kəşfiyyat əlaqələrinə sahib olan Əhməd Çatayev rus dilindən başqa ərəb və alman dillərini bilir. “Tək qol” ləqəbli Çatayev İŞİD-in sirr qutularından biri hesab olunur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler