Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD-in hebs olunan “aytişnik”inden azerbaycanlılarla bağlı – Şok iddia

02 Temmuz 2016

12:48 pm


02/07/2016 [16:47]: xeber –
“İŞİD Tabka hava limanında 71 təyyarədən 3-ünü fəal uçuşa hazır vəziyyətdə saxlayır. Həmin təyyarələr Bəşər Əsəd rejimindən alınıb. İraqda da yerini bilmədiyim bir ərazidə 3 ədəd “F-16″ döyüş təyyarəsi var. Onlar hazır vəziyyətdə gözləyirlər. Həmçinin Hələb Elektrik Stansiyasında hidrogen bombası hazırlanır. Mühəndislər bu bomba partayarsa 60 kilometrlik ərzidə hər yeri məhv edəcəyini deyirlər”.Bu iddialarla ölkənin Gaziantep şəhərində həbs edilən İŞİD-in texnologiya (İT) üzrə mütəxəssisi Ersan Çelik çıxış edib.O, kimyəvi silah və raketləri Kilislə sərhəddəki bir anbarda saxladıqlarını da deyib.Onun iddiasına görə, terrorçular qırıcılar vasitəsi ilə hücum etməyə hazırlaşırlar. Bu hücumu həyata keçirmək üçün 25 nəfərlik qrup hər gün təlim keçir. Çeliyin sözlərinə görə, “canlı bomba”ların 3-ü Hələbdən olub. Qalanları Raqqadan gəliblər. “İŞİD-ın ölüm birlikləri” var və “canlı bombaları” hazır vəziyyədədir. Bombalı aksiyalar üçün maşın və silah-sursat hazırlanıb. Onlar Türkiyə ilə sərhəddəki kəndlərdə, boş qarajlarda saxlanılır”.O, İŞİD üzvü olan azərbaycanlılarla bağlı da maraqlı iddia irəli sürüb. İddiaya görə, Ersan Çelik istintaqa ilkin fadəsində deyib ki, azərbaycanlılar Türkiyə sərhədində partlayıcı maddələr hazırlayır:“Türkiyə sərhədinə çox yaxın ərazidə yerləşən Rai bölgəsində azərbaycanlıların hazırladığı, amma adı bilinməyən maye formada partlayıcılar var”.Terror təşkilatının İT mütəxəssisis deyib ki, Türkiyəyə silahlar, qumbaralar, müxtəlif partlaycı maddələrin gətirildiyindən xəbərdardır: “Mən özüm İstanbula gedərək oradan Ebu Yahya Şaminin verdiyi 30 min dollarla maket helikopterlər aldım”.Gəncin sözlərinə görə, əvvəlcə maket helikopterlərlə Kobanidə müşahidələr aparıb. Lakin sonradan onların Türkiyəyə qarşı istifadə olunacağından xəbər tutub və bilərəkdən yerə çaxıb yararsız hala salıb: “Onların Türkiyə ilə sərhədləri izlədiklərini bildirkdə aramızda mübahisə düşdü. Məni oğurluqda ittiham etdilər. Ailəmi də alaraq Türkiyəyə keçdim. Hər şeyi öz ölkəm üçün etdim”.Çelik bildirib ki, Suriyanın Rakka şəhərində “Çeçen Ömər” ləqəbli terrorçunun başçılıq etdiyi anbarda kimyəvi silahlar saxlanılır.Ersen Çelik barəsində cinayət işi açılıb. O, Gaziantep Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.(Ans)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler