Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD-in gizli xeritesi üze çıxdı – hansı ölkeler tehlükededir?

30 Haziran 2016

12:04 pm


30/06/2016 [16:02]: xeber –
Terror qruplaşmasının gizli hücrələri olan ölkələrin adları açıqlanıb.İŞİD terror qruplaşması dünyada gizli hücrələrinin olduğu ölkələrin adlarını açıqlayıb. Terror təşkilatı “gizli hücrə şəbəkələri” xəritəsi hazırlayıb. ANS PRESS-in məlumatına görə, infoqrafikanı İŞİD terror qruplaşması ilə əlaqəli olan “Amaq” xəbər agentliyi yayıb.Agentlik İstanbul Atatürk hava limanında baş verən qətliamdan bir neçə saat sonra terror qruplaşmasının dünyada olan şəbəkəsini əks etdirən bir qrafika yayıb.Bu qrafikə görə, Türkiyə İŞİD terror qruplaşmasının təhdidinin ən yüksək olduğu ölkələr arasında yer alır. Terror təşkilatının iddiasına görə, “gizli hücrə şəbəkələri”nin olduğu yeddi ölkə var. İŞİD bu ölkələrin çoxunda son illərdə terror hücumları təşkil edib. Türkiyənin də arasında olduğu o ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, Əlcəzair, Fransa, Tunis, Livan və Banqladeş. Terror qruplaşmasının ən çox nəzarət altına aldığı ölkələr kimi Suriya və İraq göstərilir. İŞİD-in iddiasına görə, təşkilatın “orta dərəcədə” nəzarət təmin etdiyi 10 ölkə bunlardır: Orta şərqdə Əfqanıstan, Yəmən;Afrikada Somali, Nigeriya, Niger;Şimali Afrikada Misir, Liviya;Şərqi Avropada Çeçenistan, Dağıstan;Uzaq şərqdə Filippin.Bu arada İngiltərənin “Mirror” qəzeti İŞİD terror qruplaşmasının riski altında olan ölkələrin xəritəsini yayıb. Xəritəyə görə, Türkiyə, Rusiya, Britaniya, Almaniya, Fransa, İspaniya, Mərakeş, Əlcəzair və Tunis İŞİD təhlükəsinin yüksək olduğu ölkələr arasında yer alır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler