Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“IŞİD”-in elinden qaçdı –Qubadlıda meskunlaşdı…- Foto

27 Ekim 2016

10:36 am


27/10/2016 [14:35]: xeber –
25 ilə yaxındır ki, işğal etdirilmiş Azərbaycan torpaqlarından qaçqın düşmüş soydaşlarımız nəinki yurdlarına qaytarılır, əksinə, onların yerinə  “yerli” ermənilərlə yanaşı, Suriya, İraq kimi savaş ocaqlarından qaçan ermənilər də yerləşdirir… Baş ofisi Nyu-Yorkda yerləşən Amerikanın “The Huffington Post” nəşrinin rəsmi Bakının icazəsi olmadan işğal altındakı Azərbaycan bölgələrinə səfər etmiş müxbiri erməni tapdağı altındakı Qubadlıda belə qaçqın ermənilərdən biri barədə yazıb, onun Suriyada göstərdiyi “qəhrəmanlıq”ları tərənnüm edib… Söhbət Ayk Xaçaturyan adlı Suriya ermənisundən gedir. Hazırda ermənilərin “İşxanadzor” adlandırdıqları işğal altındakı Xanlıq kəndində məskunlaşdırılımış A.Xaçaturyan nevropatoloq-həkimdir. O, kəndin klinikasında işləyir. 2014-cü ilin yayında “İŞİD” yaraqlıları Xaçaturyanın Suriyadakı evinə soxularaq onu məhkəməyə aparırlar. Bu zaman erməni  qızlarına deyir ki, əgər qaytmasa, başqa şəhərdəki qohumlarının yanına getsinlər.Məhkəmədə terrorçular ondan xristianlıqdan imtina etməyi tələb edərək əks halda başını kəsməklə hədələyiblər.  “Mən artıq gözləyirdim ki, onlar başımı kəsəcəklər. Çünki mən onların dediyini rədd etdim.  Mən xristian kimi ölmək istəyirdim. Ona görə ki, əgər öz dinindən dönürsənsə, artıq həyatın mənası olmur…”-deyə qaçqın erməni danışır.“İŞİD”-çilər A.Xaçaturyan haqqında ölüm hökmü çıxarır.  Amma  nədənsə hökmün icrasına 4 gün qalmış  heç nə demədən onu azad ediblər. Suriya ermənisi deyir ki, özü də buna təəccüblənib. Onu heç bir izahat vermədən buraxıblar.  Xaçaturyanın qızlarına da toxunmayıblar. Və onlar  rahat digər şəhərə gedə biliblər. Və sonra ataları ilə birgə sağ-salamat İrəvana, oradan da Dağlıq Qarabağa köçüblər. Orada onlar digər 200 nəfər suriya qaçqını kimi müxtəlif bölgələrdə yerləşdirilib, evlə, işlə təmin ediliblər. Xaçaturyan indi özünü ermənilər arasında çox xoşbəxt hiss etdiyini söyləyir.Maraqlıdır ki, A.Xaçaturyan kimi “İŞİD”-in əlindən salamat çıxıb  işğal altındakı Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər onlarla, bəlkə də yüzlərlədir. Və onların heç birinin burnu da qanamayıb. Düzdü,  terrorçu qruplaşmanın raket və artilleriya hücumları zamanı hərdən ermənilərin yaşadığı məntəqələr də atəşə tutulur, ölənlər olur.  Amma birbaşa canlı ələ keçirilən zaman bu xristian  mənsublarına münasibət digərlərindən fərqlənir. Və bəhs etdiyimiz komkret  faktla bağlı  haqlı bir sual doğur: nədən müsəlman dininə mənsub türkmən, ərəb və ya kürdləri yaxalayan kimi qətlə yetirən, edam edən, əsir götürüb minbir işgəncələr verən, qızlarının namusuna toxunan “İŞİD”çilər bu erməninin özünü də, qızlarını da sağ-salamat buraxaraq dolayısıyla Azərbaycanın işğal altındakı torpaqlarına gəlib çıxmalarına şərait yaradıblar? Yoxsa burada da Qafqaz, o cümlədən Azərbaycan torpaqlarının müsəlmansızlaşdırılmasını planlaşdıran supergüclərin əli var?…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler