Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD-in Azerbaycandakı yuvası bağlandı

26 Temmuz 2016

10:04 am


26/07/2016 [14:02]: xeber –
Bu gün səhər saatlarından etibarən İçərişəhərdə yerləşən Ləzgi Məscidi kimi tanınan Aşurbəy məscidi qapadılıb. Məscidin təmirə bağlandığı qeyd olunur. Qeyd edək ki, sayt bu məscidlə bağlı  tez-tez müxtəlif səpkilərdə yazılarla çıxış edib.  Bu məscid Azərbaycanda fəaliyyət göstərən məscidlərin içərisində ən radikal məscid olub. Bu gün Suriya və İraqda İŞİD-ə üzv olub vuruşan yüzlərlə azərbaycanlı məhz bu məsciddən çıxıb. Məscidin əsas ideoloji xəttini isə hamının daha çox cihadçı kimi tanıdığı Əlixan Musayev qoyub. Əlixan Musayev hələ bir neçə ay bundan öncə Suriyada vuruşan İŞİD-çiləri müdafiə etməsi cəmiyyətdə müzakirələrə səbəb olmuşdu. Məscid icmasının sədri Faiq Mustafa da mətbuata verdiyi açıqlamalarda İŞİD qruplaşmasını üstü örtlü müdafiə edərək onları terrorçu adlandırmayıb. Ləzgi Məscidinin imamı Mübariz Qurbanov isə 5 aydır ki, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır. Son illər yüzlərlə həmyerlimizi öz təsir altına salan İŞİD-in Azərbaycandakı yuvası sayıla biləcək bu məscidin qapadılması ölkədə yarana biləcək dini radikalizmin qarşısını almaq üçün vacib addımlardan hesab olunur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler