Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD-in 39 yaşlı qadın qenimi – 18 terrorçunun başını kesib…

30 Eylül 2016

11:40 am


30/09/2016 [15:38]: xeber –
sayt-ın məlumatına görə İraqda İŞİD-ə qarşı döyüşən yaşlı qadın ailə üzvlərinin qisasını terrorçulardan yetərincə alıb. Belə ki, ailə üzvləri İŞİD terror təşkilatı tərəfindən amansızca qətl edilən bir qadın, terroristlərə qarşı 70 nəfərlik bir qrupla birlikdə döyüşür. “CNN”-ə danışan Vahidə Məhəmməd əl-Cumali adlı 39 yaşlı həmin qadın, düşmənlərinin başlarını kəsdiyini və bişirdiyini, bədənlərini oda verdiyini söyləyib.  “Evdar” olduğu deyilən əl-Cumali, keçən həftə “Əl Sabah” qəzetinə fikir bildirərkən, 18 terrorçunu təkbaşına öldürdüyünü dilə gətirərək, “Bir ailə kimi döyüşürük” deyib. “Um Hanadi” ləqəbi ilə çağırılan əl-Cumali, Mosulun təxminən 80 kilometr cənubundakı Şirkat şəhərində 70 nəfərlik bir milis qrupunu idarə edir. İngilis “Daily Mail” qəzetinin xəbərinə görə “Nənə” Şirkatın İŞİD-dən təmizləndiyi əməliyyat vaxtı İraq qüvvələrinə kömək edib.  Altı sui-qəsd cəhdindən xilas olan və Əbubəkr əl-Bağdadi daxil İŞİD-in yüksək rütbəli rəhbərlərindən təhdidlər aldığını söyləyən əl-Cumali, 2004-ci ildə İraq təhlükəsizlik gücləri və koalisiya üçün döyüşərkən, sonunda Əl-Qaidə və İŞİD-ə çevrilən radikal dindarlara münasibəti kəskin dəyişib.  İraqlı döyüşçü qadın, 20 və 22 yaşlarında olan iki qızının da döyüşməyə hazır olduğunu, lakin onların hələ ki, uşaqlarına baxdıqlarını deyib.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler