Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İŞİD-e son verilenden sonra hedef Beşer Əsed rejimidir”

16 Ekim 2016

9:08 am


16/10/2016 [13:07]: xeber –
Son aylar, Türkiyə və Rusiyanın siyasi və iqtisadi əlaqləri günü-gündən inkişaf etməkdədir. Hər iki ölkənin prezidentləri, Qərbə qarşı enerji və hərbi ittifaqı möhkəmləndirmək istiqamətində anlaşmalara imza atmaqdadırlar. Putinin İstanbula səfəri, apardığı müzakirələrin iki ölkənin Yaxın Şərq siyasətində birgə müttəfiqliyinə və Qərbin bu,regionda siyasi təsirlərini azaltmağa hesablanıb. Türkiyə və Rusiyanın yaxınlaşması, əsasən hər iki dövlətin liderinin siyasi baxışlarında axtarmaq lazımdır. Putin və Ərdoğan Qərbin demokratik siyasi dəyərlərinə qarşıdır,hər ikisi Qərbə qarşı öz güclü lider xarizmasını nümayiş etdirməkdədir.Həmçinin, ABŞ-ın Suriyada kürd siyasətinə loyal yanaşması, burada əsas güc olaraq, kürd terrorçularını silahlandırması, Türkiyənin haqlı olaraq Qərbə qarşı narazılıqlarına səbəb olub və Rusiya ilə yaxınlaşdırıb. Buna baxmayaraq, Türkiyə-Rusiya yaxınlaşması, Yaxın Şərqdə sabitliyə yox, Qərbin bu iki dövlətin yaxınlaşmasına qarşı siyasi qərəzindən dolayı, regionda sabitsizliyə yol açacaq. Türkiyənin Qərblə ciddi fikir ayrılıqları və Rusiya ilə yaxınlaşması, Türkiyədə terror böhranının dərinləşməsinə gətirməkdədir. Göründüyü kimi, Türkiyədə artıq, terror olayları hər gün yaşanmaqdadır. Qeyd etmək lazımdır ki, Türkiyəni Rusiyanın işğalından zamanla Qərb, xüsəsən NATO  qoruyub. Türkiyənin NATO-nun əsas düşməni ilə siyasi-hərbi iş birliyinə getməsi, Qərbin Yaxın Şərqdə Türkiyənin siyasətini ciddi şəkildə əngəlləyərək, PKK, onun Suriyada qolu PYD-nin silahlanması nəticələnəcək. Rusiya regionda heç bir vaxt güclü Türkiyəni qəbul etməyərək, bu ölkənin Qərblə siyasi əlaqələrinin zəiflədilməsinə çalışaraq, regionda öz ambissiyalı siyasətini aparmağa yol açmış olacaq. Türkiyənin ətrafında və daxilində siyasi vəziyyət kritikdir. Türkiyə rəhbərliyi, Türkiyə ətrafında və Yaxın Şərqdə problemləri, Qərblə birgə əməkdaşlıq etməklə  həll edə bilər. Rusiya, Yaxın Şərqdə müvəqqətidir, bir müddətdən sonra buranı tərk etmək məcburiyyətində qalacaq. Hazırda, ABŞ və koalisiya İraqda İŞİD-ə qarşı Mosul əməliyyatına başlayıbdır. Mosul terrorçulardan azad ediləcək. Bundan sonra, Yaxın Şərqdə siyasi proseslərə aydınıq gələcək. Ardınca, İŞİD-in paytaxtdı Rakka azad olunacaq. İŞİD-ə son veriləndən sonra hədəf Bəşər Əsəd rejimidir. ABŞ-ın iştirakı ilə Suriya üzrə keçirilən Lozanna konfransının nəticəsiz başa çatması, əsasən Əsəd rejiminin qorunması və Rusiyanın mövqeyinin nəticəsidir.Məhəmməd ƏsədullazdəCənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun rəhbəri 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler