Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“IŞİD” bağça ve mekteblerde terror hazırlayır – XƏBƏRDARLIQ…

06 Ekim 2016

6:20 pm


06/10/2016 [22:18]: xeber –
Rusiyanın uşaq müəssisələrində və məktəblərdə təhlükəsizliklə bağlı genişmiqyaslı yoxlamalara başlanılıb. Buna səbəb “İŞİD” yaraqlılarının ölkənin tədris müəssisələrində teraktlar hazırlaması barədə operativ informasiyaların alınması olub.  Həmin məlumatlara əsasən Ukraynadan olan 3 “İŞİD” üzvü animator, yaxud bayram təşkilatçıları adıyla bağça,  yaxud məktəblər daxil olmaqla kütləvi qırğın törətməyi planlaşdırırlar. Hüquq-mühafizə orqanlarına  biri qadın, ikisi kişi olan şübhəlilərin adları da məlum olub: 19 yaşlı Marina Şerbakova,  22 yaşlı Sergey Malyuta və  52 yaşlı Aleksandr Şapovalov. Rusiya ərazisində saxta pasportlarla gəzdiyi bildirilən  həmin şəxslər hazırda polis tərəfindən axtarılır.Artıq məktəbəqədər tədris  müəssisələrinin rəhbərlərinə animator və  bayram təşkilatçıları seçimində diqqətli olmaları barədə yazılı tövsiyələr göndərilib. Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler