Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İşgencelere Qarşı Azerbaycan Komitesi növbeti monitorinq keçirdi – N saylı herbi hissede

23 Ağustos 2016

10:56 am


23/08/2016 [14:55]: xeber –
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”-nin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev avqustun 23-də saat 11-də Müdafiə Nazirliyinin N saylı İntizam Xarakterli Hərbi Hissəsində monitorinq keçiriblər. Hərbi Nissədə 8 məhkum əsgər cəza çəkir: Quluzadə Rafiq Rasim oğlu, Zeynalov Balaxan Rafiq oğlu, Ərəbli Elməddin Qaməddin oğlu, Zeynalov Təbriz Azər oğlu, Əliyev Elxan Zakir oğlu, Nurullazadə Məhəmməd  Rəzi oğlu, Allahverdiyev Elnur Rüfət oğlu və Hacıyev Əsəd Rahim oğlu. Komitə sədri hər bir məhkum əsgərlə söhbət aparıb, əsgərlər saxlanılma yerindən, onlara olunan münasıbətdən razı olduqlarını bildiriblər. Məhkum əsgərlərin yataqxanası, sinif otaqları, ideoloji otaqları, hamam və ayaqyolu təmiz, səliqəli və səliqə – sahmanda olduğu müəyyənləşdirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler