Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İşğal faktoru ortadan qalxmayana qeder Ermenistanın veziyyeti ağır olaraq qalacaq”

19 Ağustos 2016

8:08 am


19/08/2016 [12:06]: xeber –
Millət vəkili Aydın Mirzəzadə sayt-a açıqlamasında Ermənistandakı
mövcud acınacaqlı iqtisadi vəziyyətə və bu durumun Qarabağ problemi ilə
bağlılığına diqqət çəkib. A.Mirzəzadənin sözlərinə görə, Ermənistanın iqtisadiyyatının
inkişafı yalnız Qarabağ probleminin həlli, işğal faktorunun ortadan qalxması
sayəsində mümkündür:

“Ermənistan Qarabağ probeminin həllinə nə qədər tez konstruktiv
yanaşarsa, eyni zamanda onun özü üçün müsbət perspektivlər açıla bilər.

Indiki Ermənistanın ağır vəziyyəti ilk növbədə onun Azərbaycan
torpaqlarını işğal etməsi, Türkiyəyə qarşı irəli sürdüyü torpaq iddiaları ilə
bağlıdır. Problem həll ediləndən sonra Ermənistan iqtisadiyyatını inkişaf etdirə
biləcək. Lakin nə qədər ki, problem həll edilməyib, nə qədər ki, Ermənistan
işğaldan əl çəkməyib, onun iqtisadi tənəzzülü davam edəcək və daha ağır nəticələrə
səbəb olacaq”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler