Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsa Qemberden 30 ilin etirafı – “Sene layiq olmağa çalışdım…”

06 Eylül 2016

6:08 am


06/09/2016 [10:07]: xeber –
Tanınmış siyasətçi İsa Qəmbər evliliklərinin 30-cu ildönümü ilə bağlı xanımına təbrik məktubu ünvanlayıb.sayt həmin təbriki heç bir şərh vermədən təqdim edir:Bu gün – 6 sentyabrda dünyanın ən gözəl və ən ağıllı qadını Aida xanımla ailə qurmağımızın 30-cü ildönümüdür!30 il… Yaxşı günlərimiz çox olub, çətin günlərimiz də az olmayıb. Hər zaman ona layiq olmağa çalışmışam. O da bütün çətinliklərdə mənə arxa olub.Aida dünyada hər şeyin ən yaxşısına layiqdir, amma hər zaman mənim məhdud imkanlarıma qane olub. Bu illər ərzində nələrdən imtina etdiyimi ən yaxşı bilən odur, amma heç bir zaman mənə nəinki heç bir irad bildirməyib, əksinə bütün ağır qərarlarımda məni dəstəkləyib. Çünki onun üçün də ləyaqət hər şeydən üstündür.İtkilərimiz az olmayıb. Əsas qazancımız isə övladlarımızdır.İki nəfərlik ailə idik.Sonra İlkin dünyaya gəldi, üç olduq!Sonra Turgut dünyaya gəldi, dörd olduq!Sonra İlkin evləndi, ailəmizə Püstə xanım daxil oldu, beş olduq!Sonra Turqut evləndi, ailəmizə Nigar xanım daxil oldu, altı olduq!Nəhayət, Turqutla Nigarın övladı, bizim nəvəmiz Ada xanım əfəndi dünyamıza gəldi, yeddi olduq!!!Mən nəvələrimizin artmasını, Adanın arxipelaqa çevrilməsini çox istərdim:), əlbəttə qərarı övladlarımız verəcək.Sən isə Aida xanım, möhkəm və səbrli ol! Çünki mən ən azı daha 30 il səninlə qurduğumuz ailənin davamını istəyirəm!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler