Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsa Qember prezidentliye namized olacaq – İddia

11 Ekim 2016

6:24 am


11/10/2016 [10:21]: xeber –
26 sentyabrda keçirilən referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyi barədə xəbərlər yayılmaqdadır.sayt xəbər verir ki, musavat.com-un yazdığına görə, bəzi iddialara görə isə Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq gedir. Artıq dairə seçki komissiyalarının sədrləri bu barədə qeyri-rəsmi təlimatlandırılıb. Yeni seçiləcək prezident 7 il ölkəni idarə edəcək.Politika.az saytının yaydığı xəbərə görə, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər prezidentliyə namizəd olacaq. İsa Qəmbər Müsavatın namizədi kimi irəli sürüləcək.Qeyd edilir ki, partiyanın son qurultayında İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatın namizədi olacağı bəyan edilib. Ancaq referendumdan sonra növbədənkənar prezident seçkiləri olacağı ehtimalı İsa Qəmbərin prosesə qoşulmasını tezləşdirib.Daha sonra deyilir ki, partiya seçkilərə ayrılıqda gedəcək və digər müxalif partiyalarla müttəfiqlik etməyəcək, artıq bu barədə Müsavat Partiyasının Divan iclasında ilkin qərar verilib.Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə İsa Qəmbərin növbədənkənar seçkiyə getməyə hazırlaşdığı və Müsavatda seçkiyə hazırlıq istiqamətində müzakirələr getdiyi barədə yazılanları sosial şəbəkədə təkzib edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler