Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İsa Allahın oğlu yox, quludur” – Kilseye meydan oxuyan avropalı neheng

11 Ağustos 2016

4:32 pm


11/08/2016 [20:31]: xeber –
ISAAC NEWTON
necə başardı?Yoxsul bir ailənin oğlu idi. Atasını görməmişdi. O, dünyaya gələrkən atası vəfat etmişdi. Yalnızlıq içində böyüdü. Elə günlər oldu ki, sadəcə çörək və su ilə kifayətləndi. Evin ehtiyaclarını qarşılamaqçün məktəbdən ayrıldı. Harasa getmək üzrə evdən çıxarkən ağlına yeni bir fikir gələrdi, qayıdıb onu kağıza köçürərdi. Hətta bunu da ayaq üstə edərdi. Vaxtının çox hissəsini ağac altında kitab oxuyaraq keçirərdi.“Məndən dünya və yaradılış haqqında soruşurlar. Söyləyim. Bu günəş, bu planetlər, quyruqlu ulduzların ahəngli və gözəl sistemi yalnız hər şeyə gücü yetən bir zatın iradə və qüdrətindən qaynaqlanır. Allah əbədi və sonsuzdur. O, zaman və məkan deyildir. Özümü çox xoşbəxt və bəxtiyar hiss edirəm. Çünki yaradanın nə olduğunu, O’nun bizə nələr verdiyini və bizim istər O’na, istərsə də bir-birimizə qarşı nə kimi cavabdehliklər daşıdığımızı kainatın güclü və möhtəşəm işığı altında açıq bir şəkildə görə bilirəm. Keçmişdə yalnış tanrılara inananlar gerçəklərə gözü açıq baxa bilsəydilər günəşə, aya, ölmüş insanlara sitayiş kimi boş inanclar əvəzinə, gerçək yaradana inanmağı öyrənə bilərdilər. Gerçəklər nədir? – Elmdir, fənndir, sonsuz kainatdır.”Newton hələ uşaqikən təbiəti müşahidə edir, taxtadan oyuncaqlar düzəldirdi. Grantham’dakı bir məktəbə yazılsa da anası ailənin ağır dolanışığına qatqıda bulunması üçün onu məktəbdən çıxartdı, lakin daha sonralar bir qohumu ondakı düşüncə gücünün fərqinə varıb, bunu onun anasına dedi… Newton yenidən məktəbə yazıldı. Lakin Newton hər dəfə nəyəsə görə məktəbdən evə çağırılır və bununla əlaqəli olaraq da dərsləri ilə yaxşı məşğul ola bilmirdi. Anası da haqsız deyildi. Bu imkansızlıqlar Newton’u daha çox qamçıladı.Uğur qazana bilmirdi. İçinə qapalı, zəif bədənli, yoxsul və başı aşağı olduğu üçün digər uşaqlar tərəfindən uzaqlaşdırılırdı. Amma bu uzaqlaşma onu başarıya apardı. Məktəbli Newton sürətlə birinciliyə yüksəldi. 19 yaşında Cambridge Universitetinə qəbul oldu. O zamanlar dəhşətli bir xəstəliyin virusu yayılıb, insanları məhv edirdi. Çox sonralar 1880-ci illərdə Pastore tərəfindən çarəsi tapılan bu xəstəlik vəba idi. Bütün məktəblər, universitetlər bağlandı. İsaac Newton evinə qayıtdı. Təbiətin əhatəli bağçalı evlərində özünü yetişdirməyə başladı. Hətta məşhur ‘cazibə qanunu’nu da burada isbat etdi. ‘Cazibə qanunu’ Newton’un başına gələn bir hadisə ilə xatırlanır. Hətta məşhur Fransız şairi Voltaire: “Ağacdan düşən alma hekayəsini Newton’un qardaşı oğlundan eşitdim”, – deyir.Onun məşhur “Principia” adlı əsəri mexaniki elmin təməli hesab olunur. Heç bir maddə soldan, sağdan, yuxarıdan və ya aşağıdan hər hansı bir qüvvə tərəfindən təsir edilmədikcə hərəkət etməz. Yəni onun hərəkətsizlik qanununa görə bir cismi hərəkətə gətirmək üçün qüvvəyə ehtiyac var. Bu tapıntı sabit görünür, amma elə deyil. Newton “Principia”da məsələnin dərinliyinə enərək bunu ən incə detallarına qədər izah edir – təyyarələr, mərmilər, kosmos vasitələri yerə güc tətbiq edəndən sonra yuxarı qalxa bilirlər. Newton universal cazibə qanunu sayəsində ağacdan düşən bir almayla, günəş ətrafında müəyyən orbitlərdə hərəkət edən planetlərin cəzbetmə dərəcəsinin eyni cazibə qanunundan qaynaqlandığını tapdı və isbat etdi.O, işıqla bağlı araşdırmalar da apardı. Məsələn “Optick” adlı kitabı bugünkü optik qanunların təməlini təşkil edir. Newton iddia edir ki, yer üzündəki bütün rənglər günəşdə ehtiva olunur:“Günəş göründüyü kimi sarı deyil. İçində, insanların fərqində olmadığı, hətta əsrlər sonra belə bilməyəcəkləri əcaib rənglər var. Məsələn, göy qurşağı yağmurdan sonra günəşdən süzülüb göy üzündə asılı bir neçə rəngdən ibarətdir.”Newton təbiət və kainatdakı bu həqiqətləri öyrəndikcə uca yaradanın varlığını daha çox hiss etdi. Kainat onun üçün heç zaman dayanmayan bir saat kimidir.Kainatdakı mükəmməl düzəni gördükcə Galileo kimi Newton’un da Allaha olan sayğı və sevgisi günbəgün artırdı. Newton’a görə bilinməyən zamandan bəri çalışan sonsuz kainat ateizmə qarşı ən böyük dəlildir.Heyif ki, söylədiyi və isbat etdiyi yeni fikirlər fransız elm adamları tərəfindən “boş səfsətələr” adlandırıldı.Məhz buna görə bir ara ruh düşkünlüyünə qapıldı. Amma son anda çox yaxın dostu, məşhur Halley – quyruqlu ulduzu tapan astronom John Halley’in köməkliyi ilə bu mənəvi böhrandan yaxa qurtara bildi. Dostu Halley’in təkidi ilə dünyaca məşhur “Təbiət Fəlsəfəsinin Riyazi Qanunları” adlı əsərini yazdı. Səsi bütün Avropaya yayılmışdı. Kral Elm Akademiyası Newton’un məqalələrini böyük maraqla yayımlayırdı. O, hətta Akademiya üzvlüyünə və Cambridge Universitetində parlament üzvlüyünə seçildi. 1706-cı ildə Kral Dərnəyinin rəhbərliyinə də seçildi və 1708-ci ildə Kraliça Anna tərəfindən “Sir” titulu ilə mükafatlandırıldı.İsaac Newton 35 yaşa gəlib çatmışdı. Bir çox kilsə qanunlarına qarşı çıxırdı. Məsələn, üçlü birlik “Trinity”(Teslis) inancını qəbul etmirdi. O, bu barədə belə deyirdi:”Belə bir şey ola bilməz. Əgər belə bir şey varsa, deməli müqəddəs kitab İncil yalnış yönləndirilir və tamamilə yalnış şərh edilir.”Və:”Tanrı birdir, İsa isə yalnız O’nun qulu və elçisidir!”, – dedikcə kilsə hövsələdən çıxırdı.Bu dahi adam bir müddət, ağacların arasında yerləşən yaylaq daxmasında yaşamağa başladı, zahidanə bir həyat sürdü. Burada, düzəltdiyi teleskopla Yupiteri seyr etdi, düşüncələrə daldı. Zaman-zaman quşların səsi, küləyin şirin nəfəsi və ətrafa ətir saçan şam ağaclarının arasında gəzintiyə çıxdı. Açıq, ucsuz-bucaqsız çöllərdə gəzməyi sevirdi.Newton, dünyasını dəyişmədən öncə çap etdirdiyi son əsərinin son cümləsində belə deyir:”Təbiət fəlsəfəsinin dincliyə qoğuşduğu gün əxlaqi fəlsəfənin sərhədləri də genişlənəcək. Çünki o zaman yaradanın nə olduğunu, O’nun bizə nələr verdiyini və bizim istər O’na, istərsə də bir-birimizə qarşı nə kimi cavabdehliklər daşıdığımızı kainatın güclü və möhtəşəm işığı altında açıq bir şəkildə görə biləcəyik.”Qarşısında dünyanın sayğı duruşunda dayandığı bu düha təbiətin gizli qalmış yönlərini araşdırıb ortaya çıxarmaqla Allahın gücünü bütün dünyaya bir daha sübut etdi. Bu sözləri mənalıdır:”Başqaları məni necə görür, bilmirəm. Mən özümü qumluqda balıqqulağı, çınqıl yığan bir uşağa bənzədirəm. Bilinməyən, böyük bir dəniz dayanıb qarşımda. Bu, yaradanın böyük sirridir.”Newton heç bir zaman özünü tərifləməzdi:”Mən nə etdimsə, məndən öncə gələn nəhənglərin çiyinlərində əyləşərək etdim.”Məmməd Rauf


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler