Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İrevanın yalan melumatına MN-den – Cavab

08 Temmuz 2016

8:44 am


08/07/2016 [12:42]: xeber –
Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır. sayt xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə gərginləşdirməyə cəhd göstərir: “Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir. Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler