Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İrevandan Moskva ve Bakıya qarşı de-marş –Böyük skandal

31 Ağustos 2016
6:24 am


31/08/2016 [10:21]: xeber –
Bir neçə gündür ki, Rusiya telekanalları  İrəvan aeroportunda ABŞ-ın sorğusu ilə saxlanılan Sergey Mironovla bağlı xəbərlər yaymaqdadır. Bildirilir ki, Mironov  çirkli pulların yuyulmasında və qeyri-qanuni məxfi texnologiyalar ötürməkdə şübhəli bilinir. Avqustun 29-da isə rus telekanalları sevincək xəbər verib ki, İrəvan məhkəməsi S.Mironovun həbsi və ABŞ-a təhvil verilməsi barədə iddianı rədd edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, iclasa sədrlik edən hakim Mnaçakan Martirosyan bildirib ki, S. Mironov azad olunacaq. ABŞ tərəfindən beynəlxalq axtarışda olan S. Mironov hazırda da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Amma daha maraqlısı bundan sonra baş verib. Ruslar bu dəfə Mironovu Ermənistandan almaqla bağlı problemlə üzləşiblər. Bu, rəsmi şəkildə etiraf edilməsə də, xəbərlərdən məlum olub ki, “Rusiya XİN Mironovun qaytarılması üçün əlindən gələni edir”.  Rusiyanın ən sadiq müttəfiqinin ABŞ-a təhvil vermədiyi rusun Ermənistandan niyə geri almaqda problemlə üzləşdiyinin, ümumiyyətlə,  bu “əməliyyatın” şok təfərrüatları üzə çıxmaqdadır.     ***“Rusiya öz vətəndaşı Sergey Mironovun İrəvan hava limanında guya İnterpolun sifarişi və ABŞ-ın xahişi ilə saxlanması insidentini cavabsız qoymamalıdır”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış politoloqlar – Andrey Yepifantsev və Oleq Kuznetsov “Vestnik Kavkaza” nəşrinə olayı şərh edərkən bildiriblər.İddia olunur ki, İrəvanda Rusiya vətəndaşının saxlanması sıradan bir hadisə deyil. Məsələ ondadır ki, Ermənistanda bu saxlanmanı ABŞ-ın sifarişi əsasında etdiyini bəyanlasalar da, rəsmi Vaşinqton bu hadisədən yaxasını kənara çəkib və bildirib ki, erməni xüsusi xidmət orqanlarının addımına hər hansı aidiyyətləri yoxdur. Mironovun adı isə ümumiyyətlə, İnterpolun axtarış bazasında yoxdur! Qeyd etdiyimiz kimi, Ermənistan məhkəməsi Rusiya vətəndaşını həbs eləmək qərarından vaz keçsə də, hadisə artıq böyüyüb və siyasi mahiyyət qazanıb. Eyni zamanda rəsmi İrəvanın bu hərəkəti onun müttəfiq saydığı Rusiyaya qarşı de-marş və özbaşınalıq kimi qiymətləndirilməkdədir.  Politoloq Andrey Yepifantsev da əmindir ki, bu halda söhbət Ermənistanın Rusiya əleyhinə hüquqi yox, siyasi hərəkətindən gedir: “Mənim fikrimcə, bu, Bakıda erməni əsilli Rusiya vətəndaşı Marat Qalustyanın həbsinə cavabdır. Ermənistanda hazırda Rusiyaya qarşı böyük bir kampaniya aparılır. O sırada belə bir ittiham da səslənir ki, guya Moskva erməni olduğu üçün həmin şəxsin azad edilməsi üçün heç bir şey eləmir. İddia olunur ki, ”Əgər o, İvanov olsaydı, onu dərhal azad edərdilər, Qalustyan olduğu üçün heç kimin vecinə deyil?” Əlbəttə ki, belə deyil. İş ondadır ki, Ermənistan Mironovu saxlamaqla Rusiyaya qarşı narazılığını ifadə edir”, – ekspert qeyd edib.Onun sözlərinə görə, Moskva heç bir halda bu olaya barmaqarası baxmamalı, onu öz axarına buraxmamalıdır. “Əks halda bizim vətəndaşları istənilən ölkədə, istənilən bəhanə ilə saxlayacaqlar. Fikrimcə, bu halda analoji cavab prinsipi tətbiq olunmalıdır. Misal üçün, Moskva, sadəcə olaraq, Azərbaycanın axtarışa verdiyi və Rusiya ərazisində olan Ermənistan vətəndaşlarını Azərbaycana verməyə başlaya bilər” – Yepifantsev bildirir.“Yekun etibarilə bu hadisə siyasi çalar daşıyır. Mənim üçün çox maraqlıdır, görəsən, Rusiya KİV-lərində və siyasi meydanlarında Rusiyanın deyil, Ermənistanın maraqlarını müdafiə edən və bunu Rusiyanın maraqları kimi təqdim edən erməni lobbisi bu olay haqda nə deyəcək. Bu adamların iki əsas tezisini yada salım: a) hər şeydə Amerika günahkardır; b) Ermənistan – Rusiyanın strateji və ən sadiq müttəfiqidir.Amma indi belə çıxır ki, bizim strateji tərəfdaşımız hər şeydə günahkar olan bir ölkənin xahişi ilə Rusiya vətəndaşını saxlayır. Baxaq görək, onlar buna indi nə deyəcəklər”, – analitik əlavə edib.Öz növbəsində Oleq Kuznetsov Sergey Mironovun saxlanmasında müəmmalı, eyni zamanda rəsmi İrəvanın hələ də izahat vermədiyi məqamlara diqqət yönəldir: “İnsanı dövlət sərhədini keçərkən saxlamaq elə də sadə məsələ deyil. Bu, böyük həcmdə əməliyyat informasiyası və həmin şəxsin dövlət sərhədinin mühafizəsi orqanında uçota götürülməsini tələb edir. Bundan ötrü ya Ermənistanın xüsusi xidmət orqanları, ya da onun hüquq-mühafizə orqanları  əməliyyat-istintaq işi həyata keçirməli idi”.Politoloq, hər necə olmasa, hesab edir ki, Rusiya öz vətəndaşını müdafiə eləməlidir. “Dövlətin öhdəliyi ondan ibarətdir ki, öz vətəndaşlarının maraqlarını ölkəmizdən kənarda, xarici dövlətlərdə müdafiə eləsin – xüsusən də o halda ki, onlar hansısa məhkəmə və ya inzibati repressiyalar məruz qalırsa. Hazırda dəqiqləşdirmək lazımdır ki, Mironova qarşı irəli sürülən ittiham nə dərəcədə qanuni və əsaslıdır. Öncə deyilirdi ki, o, ABŞ-ın sifarişi əsasında saxlanılıb. Az sonra Amerika hüquq-mühafizə orqanları bu məlumatdan imtina elədi. Belə çıxdı ki, bu, erməni hakimiyyətinin özbaşınalığıdır”.***Beləliklə, Kremlin hələ reaksiya vermədiyi bu “casus” olayından istifadə edib Ermənistan hakimiyyətinin Rusiyaya meydan oxuması İrəvanın  Moskvadan narazılığını bir daha sübut etmiş olur. Ermənistan hakimiyyəti  Rusiya vətəndaşını Amerikanın adından istifadə edərək həbs edib, Kreml rəhbərliyinə minnət qoyması artıq göründüyü kimi, Rusiyada narazılıq doğurub. Vassal Ermənistan hakimiyyətinin bu cür  meydan oxumaları Rusiyada həmişə bu cür qıcıqlı reaksiya ilə qarşılanır və  Sərkisyan hakimiyyətinin cəzalandırılması tələbləri ilə müşayiət olunur.  Bunu “itin sahibini qapması”na reaksiya da demək olar. Ermənistan  hakimiyyətinin Kremldən narazılığının səbəbi isə aydındır. Bu ilin aprelində cəbhə bölgəsində  Azərbaycan ordusunun uğurlu əməliyyatları zamanı ciddi itkilər verən  Ermənistan Rusiya rəhbərliyindən umduğu dəstəyi ala bilmədi. Əksinə, Rusiya Azərbaycanla silah sövdələşmələrini təzələdi ki, bu da Sərkisyan hakimiyyəti üçün öldürücü  zərbə oldu. Hətta düşmən ölkənin xarici işlər naziri Edvard Nalbəndyan açıq şəkildə Rusiyanı tənqid etdi. “Biz Azərbaycanın silah almasında və az qala hər gün yeni müharibəyə başlayacağına dair hədə-qorxu gəlməyinə heyran deyilik. Və bu silahın Ermənistan ilə, o cümlədən də KTMT çərçivəsində qarşılıqlı fəaliyyət üçün səy göstərən müttəfiqdən alınması bizə xoş deyil”, deyə,  erməni diplomatı bildirib. Avqust ayında Rusiya müdafiə naziri Sergey Şoyqu və  prezident Vladimir Putinin Bakıya səfərində də silah alqı-satqısı ilə bağlı ciddi razılaşmalar əldə olunub.  Ermənistan isə daha açıq danışmağa cəsarət etmədikcə, bu cür oyunlar və planlar quraraq sahibinə diş qıcamağa çalışır. Amma unudurlar ki, bir neçə il əvvəl Putinə qarşı İrəvan küçələrində etiraz aksiyalarını təşkil edən Sərkisyan hakimiyyəti o vaxt  ağır cəzalandırıldı. Moskvada qəza törədən Ermənistan  vətəndaşı olan sürücü məhkəməyə arvad xalatında çıxarıldı…İndi Ermənistanın de-marşına Kremlin reaksiyası nə olacaq?(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler