Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İrevanda beş azerbaycanlı uşağı zeherlediler…

24 Haziran 2016

10:04 am


24/06/2016 [14:02]: xeber –
İrəvanda əslən azərbaycanlı olan beş İran İslam Respublikasının vətəndaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.11-13 yaş arası olan uşaqlar təcili yardım maşınında xəstəxanaya çatdırılıblar. Bütün uşaqlarda həmin gün səhər ürək bulanması, qusma və daha sonra ishal baş verib. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Hazırda uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.Ötən gün İrəvana İranın Qorqan şəhərindən təxminən 50 nəfərdən ibarət bir qrup gəlib. Valideyn və məşqçilərin müşayiəti ilə gələn 11-13 yaş aralığında olan uşaqlar idman məktəbinin şagirdləridir. Onlardan 15 nəfəri (10 böyük və 5 uşaq) İrəvanda həyət evini kirayələyib. Zəhərlənən 5 uşaq bu evdə yaşayıb. Xəstəxanaya yerləşdirməzdən bir gün əvvəl onlar şam yeməyinə balıq konservləri yeyiblər. Qalan uşaqlar və həminki qrupdan olan böyüklər şam yeməyinə İrandan gətirdikləri düyü yeyiblər.Qorqanda yaşayanların əksəriyəti türklərdir və onlar Azərbaycan ləhcəsində danışırlar. Onlar 14-cü əsrdə Teymurləng tərəfindən Konya və Suriyadan Azərbaycana geri qaytarılmış Rumulu və Şamılı (Şahsevənlər) tayfalarının bir qoludur.(ans)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler