Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İrevanda baş verenler Serkisyanın özünün düzeltdiyi tamaşanın terkib hissesidir”

13 Ağustos 2016

7:28 am


13/08/2016 [11:27]: xeber –
Dünən Ermənistanın
paytaxtı İrəvanda xeyli sayda adamın iştirakı ilə Ermənistan hakimiyyətinə
qarşı etiraz aksiyası keçirilib. Sərkisyanı Qarabağı qaytarmaq istəyində
olmaqda ittiham edən aksiyaçılar, torpaqların Azərbaycana qaytarılmasının
yolverilməz olduğunu bildirib.

Maraqlıdır, Ermənistan
ictimaiyyəti Qarabağla bağlı bu cür prinsipial mövqe sərgilədiyi bir halda Sərkisyan
hakimiyyətinin bu istiqamətdə hansısa müsbət addımlar atması, işğaldakı
torpaqları qaytarması mümkündürmü?

Məsələ ilə bağl sayt-a
açıqlama verən “Trend” İnformasiya Agentliyinin baş direktorunun
müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Ermənistanda baş verənləri şou adlandırdı:

“Hesab edirəm ki, bu, Jirayr Sefilyanla başlayan şouların kulminasiya nöqtəsidir. Dağlıq
Qarabağ probleminin istər Madrid prinsipləri, istərsə də Kazan protokolları
vasitəsi ilə həlli məsələsi əvvəllər aktuallaşmışdı. Qəfildən Jirayr Sefilyanın
buraxılması məsələsi meydana çıxdı, daha sonra isə polis idarəsi zəbt olundu. Bundan
sonra ikinci tələb kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ortaya
çıxdı. Guya müxalifət tələb edirdi ki, Dağlıq Qarabağ probleminin həlli göstərilən
istiqamətdə olmasın, torpaqlar qayıtmasın. Bundan sonra kütləvi narazılıqlar, həbslər
oldu və s. Bunun ardınca Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
təşəbbüsü ələ aldı. Azərbaycanda, Türkiyədə görüşlər keçirildi, habelə Ermənistan
prezidenti Rusiyaa dəvət olundu. Orada da müvafiq təlimatlar aldı. Rusiyaya dəvət
edilən Sərkisyana təlimatlar verildi və 
Dağlıq Qarabağ münaqişəsinin həll olunması bir tapşırıq kimi onun
qarşısını qoyuldu. Bununla da Sərkisyan özünün gələcək hakimiyyətini
sığortaladı. Zəmanət aldı ki, Dağlıq Qarabağ münaqişəsi hansı istiqamətdə həll
olsa, o, hakimiyyətdə qalacaq. Onun hakimiyyətinin qalmağı isə avtomatik olaraq
status-kvonun uzadılmasıdır. Qarabağ probleminin diplomatik yolla həlli məsələsi
ortaya çıxanda Ermənistanda mitinqlər başlayır. Hesab edirəm ki, bu, siyasi bir
şou və siyasi bir gedişdir.

Ermənistan ərazisindəki vətəndaşlar Dağlıq Qarabağın Ermənistanın tərkibidə
qalmasını istəmir. Necə olur ki, Dağlıq Qarabağda vuruşmaqdan imtina edən, əsgərlikdən
yayınan şəxslər bu gün Qarabağ probleminin həllini məhz torpaqları işğalda
saxlamaqla etmək istəyir? Bu, bir daha göstərir ki, baş verənlər Sərkisyan və
onun ətrafı tərəfindən düzəldilən tamaşadır”.

 

Seymur Əliyev  

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler