Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İraqın şimalında İŞİD-in 700 silahlısı mehv edilib

28 Ağustos 2016

4:40 pm


28/08/2016 [20:38]: xeber –
İraqın şimalında İŞİD terror qruplaşmasının 700 silahlısı məhv edilib.Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.Məlumata görə, terrorçular İraqın Neynəva vilayətinin Əl-Qayara şəhərinin azad edilməsi zamanı məhv ediliblər. Əməliyyat zamanı həmçinin terror qruplaşmasına böyük maddi ziyan dəyib.İraq ordusunun Mosul şəhərində əməliyyatlar üzrə komandanı, polkovnik Əmir əl-Cuburi bildirib ki, İŞİD özü də bu itkiləri təsdiqləyib.Əl-Cuburi qeyd edib ki, Əl-Qayaranın azad olunması ilə terror təşkilatı böyük maliyyə itkiləri ilə üzləşib. “Şəhər neftlə zəngindir və İŞİD üçün ticarət mərkəzi rolunu oynayırdı”, – deyə o əlavə edib.Bir zamanlar əhalisinin sayı 80 min nəfər təşkil edən Əl-Qayara İŞİD tərəfindən işğal olunduqdan sonra şəhər sakinlərinin sayı xeyli azalıb.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler