Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İraqın imtina etdiyi mehsullar Azerbaycana gönderilir”

17 Ağustos 2016

8:12 am


17/08/2016 [12:08]: xeber –
Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynov sayt-a açıqlamasında Ukraynadan gətirilən
toyuq əti və bu ətin doğurduğu təhlükə ilə bağlı maraqlı fikirlər səsləndirib.
E.Hüseynovun sözlərinə görə, İraqın imtina etdiyi bu məhsulların Azərbaycan tərəfindən
qəbul edilməsi təəssüfedicidir:

“Ukraynadan gətirilən
toyuqlarla bağlı dövlət qurumlarına müraciət etdik. Bəlli oldu ki, Ukraynadan gətirilən
toyuqlar 30% miqdarında maye vurulub. Bu maye onların çəkisini artırmaq və tez
yetişdirmək üçün vurulub. Ukraynadan gətirilən “ULAR” toyuq budları ilə yanaşı,
“Katkut” deyilən toyuq cəmdəkləri də təhlükə mənbəyidir. Bunlar 7 dildə
markalansa da, Azərbaycan dilində markalanmayıb. Bizdə məlumat var ki, bu məhsullar
öncə İraqa göndərilib, lakin İraq tərəfi bunu qəbul etməyib. Əlimizdə
ekspertizanın nəticələri də var. Bu toyuqlara 30% maye vurmaqla istehlakçılar
aldadılıb. Bu, məsələnin bir tərəfi. Həmin mayenin mənşəyi nədən ibarətdir – bu
barədə də məlumat yoxdur. Baytarlıq İdarəsi bildirir ki, biz hər şeyi
yoxlamışıq. Bir dənə bunu yoxlamamaışıq. Bu, anormal haldır. Məhsul tam şəkildə,
bütün parametrlər üzrə yoxlanılmalıdır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler