Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İraq ordusu Mosulu İŞİD-den azad etmek üçün ikinci cebhe açıb

19 Haziran 2016

6:00 am


19/06/2016 [09:56]: xeber –
İraq ordusu İŞİD-in Mosuldakı mövqelərinə zərbə endirmək üçün ötən gün ikinci cəbhə açıb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İraq ordu komandanlığı Əl-Fəlucə şəhərinin azad olunmasından bir gün sonra İŞİD terror qruplaşmasına qarşı ikinci hücum xəttinin yaradıldığını elan edib. Məlumata görə, xüsusi təyinatlı ordu birləşmələri və iki ordu diviziyası ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə Əl-Fəlucədən İŞİD-in Mosul yaxınlığında yerləşən aerodrom ətrafındakı mövqelərinə doğru hücuma keçib. İŞİD-in İraqdakı “paytaxtı” hesab olunan Mosul şəhərinin azad olunmasında qeyd olunan aerodrom strateji əhəmiyyətə malikdir.    Hücum əməliyyatı zamanı ordu qüvvələri iki kəndi azad edib və 20 km irəliləyib.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler