Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İraq ordusu Mosulda İŞİD-le savaşda 71 esgerini itirdi

17 Ekim 2016

6:40 pm


17/10/2016 [22:39]: xeber –
İraq hökumətinin ABŞ və İranın dəstəyi ilə dünəndən etibarən Mosul şəhərinə müdaxiləsi başlayıb. sayt-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İŞİD-ə qarşı vuruşan İraq ordusu xeyli itki verib. Rəsmi rəqəmlərə görə İraq ordusu artıq 71 əsgərini itirib.  İraq əsgərləri əsasən İŞİD-dən azad olunan Mosulun kəndlərində küçə döyüşlərində öldürülüblər. Dünyanın bir sıra mətbu orqanları bunu İraqın və ona dəstək verən qüvvələrin böyük uğursuzluğu hesab edir. Belə ki, Türkiyə Silahlı Qüvvələri 2 aya yaxın müddətdir ki, İŞİD-ə qarşı başladığı hərbi əməliyyatlarda 10 dan az hərbçisini itirib. Türk ordusu bunun müqabilində minlərlə kilometr ərazini İŞİD terrorçularından təmizləyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler