Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İranlılar kütlevi şekilde xristianlığı qebul edir – MARAQLI

20 Temmuz 2016

6:56 am


20/07/2016 [10:55]: xeber –
İngiltərənin Stok-on-Trent şəhərindəki Müqəddəs Mark kilsəsinin icması son aylar xeyli zahiri dəyişikliyə məruz qalıb.  İndi burada ağ dərili britaniyalılarla yanaşı, xeyli Şərq görkəmli ziyarətçiləri də görmək olar. Məbəd icmasının sıralarını şiəliyi xristianlığa dəyişmiş iranlı qaçqın və miqrantlar artırmaqdadır…  Farslar əsasən  pul müqabilində müsəlmanlıqdan üz döndərirlərsayt-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, Avropada iranlıların şiəliyi xristianlığın müxtəlif qollarına dəyişməsi tendensiyası güclənməkdədir. Daha çox sekulyar(dünyəvi) dünyagörüşlü iranlıların İslamdan dönmələrinin əsas səbəbi köklü Avropalılar arasında özlərinə dost tapmaları və kilsələr tərəfindən maddi dəstək almalardır. Bu barədə təhlili Britaniyanın məşhur The Guardian nəşri aparıb. Artıq Müqəddəs Mark kilsəsində ötən şənbə xristianlığı qəbul etmiş iranlı Əmir  Novcavaninin ifasında fars dilində xristian keçiş nəğmələri eşidilməkdədir.Yerli xaçpərəstlər şərqli xristianlar arasında  özlərini narahat hiss edirlər…Əmirin xaçpərəstliyə qəbul edilməsi ayinini xanım-pastor Salli Smit həyata keçirib. Amma icmadakı etnik dəyişilliklər  kilsənin daimi ziyarətçilərinin hamısının ürəyincə olmayıb. Çoxları xristianlığı yenicə qəbil etmiş qaçqınlar arasında özünü narahat hiss etdiyini əsas gətirərək məbədə gəlmir.2015-ci ilin sonundan yüzlərlə iranlı və əfqan dinini dəyişib  Qeyd edək son vaxtlar Avropaya qaçmış iranlılar arasında xristianlığı qəbul edənlərin çoxalması haqqında xəbərlər hələ 2014-ci ildən yayılmağa başlayıb. Aprel ayında  “Fiqaro” nəşri artıq 2015-ci ili sonundan bəri 100-dək iranlının xristianlığı qəbul etdiyini, 250-300 nəfərin isə buna hazırlaşdığını yazmışdı. Verilən məlumata görə, Avropada  dinini dəyişən müsəlmanların böyük əksəriyyəti iranlılar və əfqanlardır. İyulda İranda 4 mürtəd zindana atılıbQeyd edək ki, İranın özündə İslam dinini başqa dinə dəyişənlər mürtəd hesab edilir və belələri azadlıqdan məhrumetmə və ya edamla cəzalandırılır. İyulun əvvəlində bu ölkədə İslamı tərk edərək xristianlığı qəbul edən 4 nəfərin barələrində çıxarılmış 1 illik həbs cəzasını çəkmək üçün Əhvazın Karun zindanına aparılması barədə xəbərlər yayılmışdı. Fotoda: Keşiş Sallinin iranlı Əmir Növcavanı xaçpərəstliyə qəbul etmə ayini.Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler