Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İranın şifarişi ile Avropadan Azerbaycana tranzit yükler gelecek” -Cavid Qurbanov

10 Ekim 2016

12:20 pm


10/10/2016 [16:17]: xeber –
“Bu yaxınlarda İranın “Iran Khodro” avtomobil istehsalçı şirkətinin sifarişi ilə istehsal olunan ilk konteynerlər Avropadan Azərbaycana çatıdırılacaq və buradan İrana göndəriləcək”sayt xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.”Həmin yük konteynerləri Avropadan Astaraya daşınacaq. Bütövlükdə, Astaradan Poti və Batumi limanlarına gedən yol, yəni Cənub-Qərb dəhlizi məsafə baxımından yükdaşımalar üçün əlverişli yoldur. Dəhliz İranda istehsal olunan malların Avropa bazarlarına ən tez yolla çatdırılmasına şərait yaradır. Odur ki, biz bu yolu inkişaf etdirməliyik”, – deyə C.Qurbanov qeyd edib.Onun sözlərinə görə, qeyd edilən dəhliz üzrə ilk sifarişlər “Siemens” şirkətinin Hindistandan gələn konteynerləri olub. Onlar Azərbaycan vasitəsilə Rusiyaya göndərilib.”Dəhlizin işlək qabiliyyətində olduğunu göstərmək çox önəmlidir. Bu bir tanıtımdır və bundan sonra da tranzit yüklər Azərbaycan üzərindən keçəcək”, – deyə C.Qurbanov əlavə edib.Qeyd edək ki, Bakıda “Azrustrans” şirkətinin təqdimatı çərçivəsində müəssisə ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 500 taxıldaşıyan vaqonun alınmasına dair müqavilə imzalanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler