Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İrandan Azerbaycana qarşı ermeni texribatı – Bakının reaksiyası gecikmedi

17 Eylül 2016

6:44 am


17/09/2016 [10:40]: xeber –
Dünən sosial şəbəkələrdə İranda qondarma “DQR” idmançılarının da qatıldığı bir idman yarışının fotoları yayılıb. Məlumatda qeyd olunur ki, Tehranda 48-ci erməni olimpiya oyunları keçirilir və oyunda qondarma “Artsax respublikası” yığması da iştirak edir. Erməni idmançıların geyimində “Artsax” sözü və separatçıların “bayrağı” əks olunub.10 gün çəkəcək olimpiadanın açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, habelə İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.***Dünən qəzetimiz təxribatla bağlı İranın Azərbaycandakı səfirliyinə müraciət edərək, oradan münasibət öyrənməyə çalışıb. Ancaq məlum olub ki, diplomatik nümayəndəlik artıq olayla bağlı səfirin mövqeyini açıqlayıb.Açıqlamada qeyd olunur ki, tədbir uzun illərdir İranda milli azlıqların keçirdiyi idman tədbirlərindən biridir. “İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”, – rəsmi bəyanatda deyilir.Göründüyü kimi, İran tərəfi təxribatdan xəbərsiz olduğunu bildirir, xoşagəlməz olaydan məsafə saxlamağa çalışır – hərgah, ermənilərin hər fürsətdəcə Tehranla Bakı arasında gərginlik yaratmaqda maraqlı olduğunu gərək Tehran rəsmiləri unutmayaydılar. O mənada idman formalarında separatçı rejimin əski parçasını simvolizə edən emblemin vurulmasının İran tərəfinin diqqətindən yayılması təəssüf, eyni zamanda həm də təəccüb doğurur. Ona görə təəccüb doğurur ki, tədbirin açılışında İran Milli Olimpiya Komitəsinin prezidenti, İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri və Ermənistandakı İran səfiri də qatılıb və onlar geyimlərdəki “Artsax” sözü və embleminin nə anlam daşıdığını bilməmiş deyildilər.Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yarışda qondarma rejimin təmsil olunmasına sərt münasibəti gecikməyib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan XİN-i bu barədə məlumatlıdır: “Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müvafiq dövlət orqanlarına çatdırmaqdadır. Bildirmək istərdik ki, İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir”.*** Buna inanmaq istərdik. Hər halda İran prezidenti Həsən Ruhani iyul ayında Bakıya etdiyi səfər çərçivəsində və azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bir daha Tehranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu səfər çərçivəsində həmçinin, İran-Azərbaycan-Rusiya prezidentləri səviyyəsində ilk dəfə üçlü formatda uğurlu görüş keçirilib. “Şimal-cənub” nəqliyyat dəhlizinin reallaşması istiqamətində mühüm anlaşma əldə olunub, prezidentlərin çox vacib yekun bəyannaməsi qəbul edilib. Ruhanidən az öncə isə İlham Əliyev İrana uğurlu səfər eləmiş, iki ölkə arasında iqtisadi-ticari, energetika, səhiyyə və digər sahələr üzrə əlaqələri daha yüksək səviyyəyə qaldıracaq çoxsaylı müqavilələr imzalanmışdı.     Söz düşmüşkən, İranın ölkəmizdəki səfiri Möhsün Pakayin APA-ya dünənki müsahibəsində də bu gəlişmələri yüksək qiymətləndirib. “İkitərəfli münasibətlərdə son illər çoxlu uğurlar əldə olunub. Ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı etimad yaranıb və demək olar ki, bütün sahələrdə, o cümlədən ticarət, tranzit, enerji, neft-qaz, turizm, səhiyyə, sənaye, elm və mədəniyyət və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Sevinirəm ki, mənim səfir olduğum müddətdə bu əlaqələrin genişlənməsində rolum və payım olub” – diplomat vurğulayıb.Səfir daha sonra deyib: “iki ölkənin dəmir yolu xətlərini birləşdirəcək Astaraçay üzərindəki körpünün tikintisi davam etdirilir və ilin sonuna kimi başa çatmalıdır. Azərbaycan tərəfdə 8 km-lik və İran tərəfdə 2 km-lik dəmir yolu xəttinin tikintisi də bu ilin sonuna qədər yekunlaşmalıdır. Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi 2017-ci ilin sonuna qədər reallaşacaq. Yerdə qalan Rəşt-Astara hissəsidir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası da bu layihənin maliyyələşdirilməsində iştirak etmək istəyir və bu xüsusda artıq müştərək komissiya və işçi qrupu yaradılıb. Yaxın zamanlarda bu işçi qrup öz müzakirələrini Tehranda davam etdirəcək”.*** İşğalçı Ermənistanın iqtisadi təcridini gücləndirəcək bu kimi anlaşmalar və layihələr təbii ki, İrəvanda ciddi təlaş yaradıb və yaratmaqdadır. Odur ki, ermənilərin hələ də “yeganə nəfəslik” saydıqları İranla Azərbaycanın arasını hər vəchlə vurmaq səyləri məntiqli görünür. Önümüzdəki aylarda bu təxribatların artacağını gözləməyə dəyər. O üzdən məxsusən cənub qonşumuzun siyasi və diplomatik yetkililərinin maksimum diqqətli olmasına gərək var.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler