Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İrandan Azerbaycana hörmetsizlik -Foto

16 Eylül 2016

10:00 am


16/09/2016 [13:57]: xeber –
Tehranda keçirilən 48-ci erməni olimpiya oyunları zamanı açılışda iştirak edən erməni komandasının formalarında Qarabağ separatçılarının “bayraq” adlandırdıqları əski parçası əks olunub. Oyunda qondarma “Artsax respublikası”nın yığmasının iştirakına İran mane olmayıb. Oyunların açılış mərasimində İran prezidentinin milli və dini azlıqların işləri üzrə xüsusi yardımçısı Əli Yunisinin də iştirak etdiyi barədə Ölkə.az məlumat yayıb. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsini “daxili tədbir” adlandırıb və bunun “dini azlıqlara hörmət əlaməti olaraq təşkil edildiyini” bildirib: Səfir  müsahibəsində deyib ki, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq kimi dəvət edib: “Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler