Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İrandan ABŞ-a sert mesaj…

14 Eylül 2016

9:44 am


14/09/2016 [13:43]: xeber –
sayt xəbər verir ki, İran yüz faiz yerli döyüş gəmisi istehsal edib.Tehran rəhbərliyi yüz faiz yerli katamaran tipli sürətli bir döyüş gəmisini donanmasına əlavə etdiyini bildirib. Adı açıqlanmayan gəmi Buşehrdə keçirilən mərasimlə suya endirilib. Mərasimdə danışan Sipahi Donanma 2-ci Bölgə Komandanı Admiral Əli Rezmcu gəminin tamamilə İran istehsalı olduğunu bildirib. 55 metr uzunluğunda, 14 metr enində olan gəminin 100 əsgər və bir vertolyot yeri var. Fars körfəzində fəaliyyət göstərəcək yeni gəminin üzərində dini lider Əli Xameneyinin ABŞ haqqında sərf etdiyi “Donuzlar Körfəzinə geri qayıdın” sözünün yazıldığı plakatın asılması diqqət çəkib. Xatırladaq ki, ABŞ 1961-ci ildə Kubanın Donuzlar Körfəzinə çıxmaq istəmişdi, ancaq bu cəhd uğursuz olmuşdu. Qeyd edək ki, ABŞ ilə İranın donanma gəmiləri son həftələrdə tez-tez Fars körfəzi və Hürmüz boğazında qarşı-qarşıya gəlir.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler