Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İranda zelzele effekti yaradan istefalar -TƏCİLİ

30 Haziran 2016

9:04 pm


01/07/2016 [01:02]: xeber –
İranda yüksək səviyyəli dövlət rəsmilərinə astronomik  miqdarda  maaşlar ödənlməsinin ortaya çıxması ilə ortaya çıxan qalmaqaldan sonra,  dövlətə məxsus üç böyük bankların direktorları istefa verib. İranın rəsmi İRNA  agentliyi xəbər verir ki, prezident Həsən Ruhaninin istintaq tapşırığı verməsindən sonra,  dövlətə məxsus Saderat Bank, Mehr və Millət Bankı baş direktorları istefa verib. Yüksək maaş aldığı müəyyən edilən Əmək  Nazirliyinə bağlı Rifah bankının  baş direktoru Əli Sidqi isə ötən həftə vəzifəsindən azad edilmişdi. İnqilab Qvardiyasına yaxınlığı ilə tanınan informasiya agentliyi “Fars” isə həmin direktorların istefa vermədiklərini, vəzifələrindən azad edildiklərini iddia edib. İranda bəzi yüksək səviyyəli dövlət rəsmilərinə aid ödəniş cədvəllərinin mətbuata sızması ilə ölkədə qalmaqal yaşanmışdı. Ölkədə ciddi iqtisadi problemlərin yaşandığı və işsizliyin ən yüksək səviyyədə olduğu bir dövrdə vəzifəli şəxslərin 50 dəfə artıq maaş aldığı üzə çıxmışdı.   Xalqın qəzəb və hiddətinə səbəb olan qalmaqaldan sonra,  dini lider  Əli Xamneyi də “Astronomik əməkhaqqı əslində dəyərlərimizə təcavüzdür” deyib.( Avropa.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler