Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İranda ABŞ-dan qayıdan alimi edam etdiler

07 Ağustos 2016

9:48 am


07/08/2016 [13:44]: xeber –
ABŞ-da müəyyən müddət yaşamış nüvəçi alim Şəhram Əmiri Tehranda edam edilib. sayt-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə alimin yaxınları məlumat yayıblar.2009-cu ildə Məkkəyə Həcc ziyarətinə yollanan Şəhram Əmiri yoxa çıxıb, bir müddət sonra ABŞ-da peyda olub. Onun ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən zorla saxlanıldığı bildirilirdi. ABŞ isə alimin oğurlanmasına dair ittihamları təkzib edib.2010-cu ildə “ABC News” telekanalı Şəhram Əmirinin ABŞ-a qaçdığını və MKİ-yə İranın nüvə proqramı barədə məlumat toplamağa kömək etdiyini bildirib.Bundan sonra Ağ Ev alimin ABŞ-a qaçdığını və Vaşinqtona mühüm məlumatlar ötürdüyünü açıqlayıb.2010-cu ildə Tehrana qayıdan Şəhram Əmiri həbs olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler