Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İran Suriya ordusunu bombalayan ABŞ-a etibar etmemeye çağırıb

18 Eylül 2016

2:04 pm


18/09/2016 [18:01]: xeber –
“ABŞ-a etibar edən optimistlər ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsindən nəticə çıxarmalıdır”. APA-nın “Fars’ agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri Ayətullah Xamneyinin məsləhətçisi Həddad Adel bildirib. H. Adel deyib ki, amerikalılar heç vaxt verdikləri sözü pozmaqdan imtina etməyəcəklər: “ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsi terrorçulara dəstəkdir və ABŞ-ın barışıq planındakı gizli məqsədini göstərir”. Qeyd edək ki, dünən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb. Rusiya ABŞ-ın bu addımını sərt formada qınayıb. ABŞ isə yanlışlıqla Suriya ordusunun mövqelərinə zərbə endirildiyini bəyan edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler