Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İran SOCAR-ın qaz anbarından istifade edecek

05 Eylül 2016

11:40 am


05/09/2016 [15:39]: xeber –
“Dövlət Neft Şirkəti (SOCAR) İranla texniki qazın alınması ilə bağlı danışıqlar aparır”.sayt  xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.R.Abdullayevin sözlərinə görə, İran qazının SOCAR-ın anbarlarına vurulub sonradan İranın şimal ərazilərinin qaz təminatında istifadəsi üçün danışıqlar aparılır.O xatırladıb ki, bu barədə İranın neft naziri ilə danışıqlar aparılıb: “İranın qışda şimal rayonlarının qaz təminatı ilə bağlı böyük problemləri olur. İran prezidenti Həsən Ruhaninin avqust ayında Bakıya səfəri çərçivəsində də qaz alınması barədə danışıqlar aparılıb.Onlar da Azərbaycanın qaz anbarlarından gələcəkdə qış aylarında İranın şimal rayonlarının qazla təminatı üçün istifadəsində maraqlıdırlar. İran qazı yay aylarında SOCAR-ın anbarlarına vurulub, qışda İranın şimal rayonlarının istifadəsinə verilə bilər”, – deyə R.Abdullayev əlavə edib.Onun sözlərinə görə, SOCAR anbarlarında 1-2 mlrd. kubmetr həcmində İran qazına yer saxlaya bilər. O əlavə edib ki, SOCAR-a da neft hasilatını artırmaq üçün laylara vurmağa və qaz anbarlarının həcmini artırmq üçün qaz lazımdır: “Enerji təhlükəsizliyi üçün artıq qaz anbarlarının tutumu 800 mln. kubmetrdən 2,5 mlrd. klubmetrə çatdırılıb. Qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrdən də çox edə bilərik. Amma qazımız olmadığı üçün onu sınaqdan keçirməmişik.Əlavə bir neçə milyard qaz lazımdır ki, anbarlara vurub onların tutumunun 5 mlrd. kubmetrdən yuxarı olması imkanını yoxlayaq. Texniki olaraq biz bunu etmək istəyirik, bunun üçün isə əlavə həcmdə qaz lazımdır. Təklif vermişik”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler