Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İran prezidentinin müavini alman nazirin elini sıxdı, alem qarışdı…

08 Ekim 2016

8:28 pm


09/10/2016 [00:26]: xeber –
sayt xəbər verir ki, İranın vitse-prezidenti Məsumə Ebtekarın Almaniyanın ekologiya naziri Barbara Hendrickslə əl sıxdığı foto İran mediasını rəzil edib. İlk öncə İran dövlət televiziyası IRIB-in Almaniyanın ekologiya naziri Hendrickslə İran prezidentinin müavini Ebtekarın görüşüylə bağlı təqdim etdiyi xəbər aləmi qarışdırıb. Daha sonra görüş zamanı hər iki dövlət nümayəndəsinin əl sıxıb görüşdüyü məqamların şəkilləri sosial mediada yayımlanıb və bu fotoşəkillərdən sonra İran prezidentinin köməkçisinə qarşı etiraz kampaniyası başlayıb. Çünki ilk əvvəl  IRIB kanalı saçları qısa kəsilmiş olan alman nazir Hendricksi kişi zənn edib və bununla bağlı “Ebtekar kişi əlini sıxdı” – deyə xəbər hazırlayıb. Bu xəbərin ardından iranlılar da kişi nazirlə əl sıxdığı üçün Ebtekarı tənqid hədəfi seçiblər. Gerçəklər ortaya çıxandan sonra isə böyük bir qalmaqala yol açan IRIB kanalı bəyanat yayaraq səhvlərini etiraf ediblər. Ancaq bu bəyanat gecikmiş olub, çünki artıq IRIB-in həmin xəbəri Almaniya mediasında istehza mövzusuna çevrilib. Qeyd edək ki, İranda qadınların naməhrəm kişilərlə əl sıxaraq görüşməsi qadağandır.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler