Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İran İslam Respublikasından gelen turistlerin sayı artıb

25 Haziran 2016

5:48 pm


25/06/2016 [21:46]: xeber –
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illər ərzində ölkəmiz üçün prioritet turizm bazarı olan İran üzrə təbliğat işinin səmərəli təşkili (HT&T Iran Hotel, Travel & Tourism International Exhibition beynəlxalq turizm sərgilərində iştirak, turizm sənayesi nümayəndələri üçün infoturların keçirilməsinin dəstəklənməsi və s.), elektron vizanın tətbiqi, eləcə də devalvasiyadan sonra xarici valyuta ekvivalentində qiymətlərin ucuzlaşması, həmçinin, İranla Azərbaycan arasında olan ortaq tarixi mədəni dəyərlər (Novruz bayramı, dil, din və etnik cəhətdən yaxınlıq) və coğrafi baxımdan qonşu ölkələr olmağımız bu ölkədən olan turistlərin Azərbaycana səfərini stimullaşdırır.Belə ki, ötən ilin ilk 5 ayı ərzində İrandan Azərbaycana səfər edən xarici vətəndaşların sayı 61 096 nəfər, 2016-cı ildə isə 74 890 nəfər olmuşdur və nəticədə    2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artmışdır.Qeyd etmək lazımdır ki, İrandan gələn xarici vətəndaşların səfəri daha çox Novruz Bayramına təsadüf etdiyi üçün ən çox artım 87% olmaqla mart ayı ərzində qeydə alınmışdır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler