Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İran il erzinde orbite iki peyk buraxmağı planlaşdırır

12 Temmuz 2016

5:56 pm


12/07/2016 [21:55]: xeber –
İran bu il ərzində (İranda bu, martın 21-dən başlayır – red.) orbitə iki peyk buraxmağı planlaşdırır.”Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tehranda keçirilən mətbuat konfransında İran Kosmik Agentliyinin (İKA) rəhbəri Mohsen Bəhrami bildirib.”Hazırda üç kosmik aparat – “Dusti” (“Dostluq”), “Nahid 1” (“Venera 1”) və “Atsat” orbitə buraxılması üçün tam hazır vəziyyətdədir. Bu ilin sonuna qədər onlardan ikisinin orbitə buraxılması nəzərdə tutulub. Daha iki kosmik aparat – “Pars” və “Nahid 2″ isə hazırlıq mərhələsindədir”, – deyə İKA rəhbəri vurğulayıb.Xatırladaq ki, İran “Omid” (“Ümid”) adlı ilk peykini 2009-ci ildə orbitə buraxıb. Ardından “Səfir” raket daşıyıcısının vasitəsilə orbitə daha üç peyk buraxılıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler