Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İran: “Bu il Suriyanın taleyi müeyyen edilecek”

05 Kasım 2016

2:20 pm


05/11/2016 [18:17]: xeber –
11 Sentyabr teraktından sonra ABŞ üç böyük savaş başlatdı və üçündə də məğlub oldu. Bunu İran mətbuatına açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds ordusunun komandir müavini general İsmayıl Kaani söyləyib. Onun sözlərinə görə, Amerika bu savaşlarda milyardlarla dollar itirib: “Onlar Əfqanıstan, ardınca isə İraqa hücum etdilər və sonunda hər ikisindən gizlincə qaçmaq məcburiyyətində qaldılar. Bu savaşlara 3 trilyon dollar xərclədilər və 5 min hərbçi itirdilər, amma sonda bizə İraqdan gedəcəklərinə dair söz vermək məcburiyyətində qaldılar. İslami oyanış ABŞ-ın Yaxın Şərqdəki infrastrukturuna təsir göstərdi. Onların buna maneə yaratmaqlarına baxmayaraq, oyanış hələ bitməyib. İsrailin bizlərə qarşı olan savaşlarına ABŞ dəstək verdi, amma hamısında İsrail uduzdu. Amerika bütün savaşları bitirəndən sonra Suriyaya girdi. Bu il Suriya müharibəsində dönüş nöqtəsidir. Suriyanın taleyi müəyyən ediləcək, amma bilməliyik ki, bizim imperializmə qarşı savaşımız bundan sonra da davam edəcək”.(axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler