Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İqtisadiyyatımızın polad arteriyası – Azerbaycan Demir Yolları…

14 Ekim 2016

12:08 pm


14/10/2016 [16:07]: xeber –
sayt xəbər verir ki, dünən-oktyabrın 13-də Azərbaycan Dəmir Yolları” QSC-nin yeni tıəmirdən çıxmış inzibati binasının akt zalında dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.Dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlanm ziyarət ediblər.”Azərbaycan Dəmir Yollan” QSC-də keçirilən tədbiri giriş sözü ilə açan qurumun sədri Cavid Qurbanov tədbir iştirakçılarını peşə bayramı günü münasibətilə təbrik edib.Sonra o, “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin 12 oktyabr 2016-cı ildə imzaladığı sərəncamları oxuyub. Tədbirdə qeyd olunub ki, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Umummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib.Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabnn 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.Sonra C.Qurbanov Azərbaycan polad magistralında aparılan islahatlar, Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində görülən işlər haqqında geniş məlumat verib. Bildirib ki, son vaxtlar dəmir yolunda aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə, müasirləşməsinə, son nəticədə yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub. Tədbir iştirakçılan adından Azərbaycan Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler