Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İqtisadiyyatımızı xilas edecek möcüzeli meyve – TƏHLİL

12 Ağustos 2016

9:24 am


12/08/2016 [13:21]: xeber –

Narın faydası və faydalı müalicəvi əhəmiyyəti əsrlər bəri məlum olsa da,
bu meyvəyə dünya miqyasında maraq ABŞ-da 2000-ci ildə başlanan böyük reklam və
maarifləndirici təbliğat kampaniyasından sonra o son on dörd ilin “super
meyvə” statusunu qazanmışdır. Müxtəlif dövrlərdə alma,ananas,banan kimi
meyvələr olmuşlar.Nar istehlakı ABŞ-da 2002-ci ildə iki il öncə ilə müqayisədə
on dəfə artmışdı və bu tendensiya o vaxtdan dünyaya yayılmağa başladı,məhz
bundan sonra  geniş həcmdə nar bağlarının
salınmasına və nardan müxtəlif çeşiddə məhsulların istehsalına başlandı və bu məhsullar
xərçəng,immun çatışmamazlığı Aids xəstəliklərindən panaseya kimi təqdim
olundu.Hazırda Avropada 1050, Ş.Amerikada 1400, Latın Amerikası ölkələrində
1500,Yaxın Şərq və Afrikada 1420, Mərkəzi və Şərqi Asiya ölkələrində 1380 marka
və çeşiddə nar məhsulları istehsal olunur.Yalnız 2013-də 400 adda yeni məhsul
istehsal olunmuşdur.Ümümən dünyada 3,5 mln.tn. nar meyvəsi yetişdirilir ki,
onun da 1/3  emal sənayesində istifadə
olunur.Nar yığımı : Hindistan 1,4mln,t., Iran 1,1 ml.t., Türkiyə 400 m.tn., ABŞ
300 m.t., Azərbaycan 150 m.t., Iraq 80, Israil 60, Misir 50, Əfqanıstan,Özbəkistan,Tunis,Suriya
45, Mərakkeş, Kipr, Yunanıstan,Türmənistan, Portuqaliya, C.Afrika , Çili,
Argentina,Avstraliya 25-35, Ispaniya 60 min tn., bundan başqa Gürcüstan, Ermənistan,
Rusiya,Ukrayna,Qırğızstan və bir sıra digər ölkələrdə nisbətən az həcmlərdə nar
yetişdirilir.ABŞ nar sortu Wonderfull emal sənayesində ən çox işlənir,nar dənələmə
makinaları məhz bu növə hesablanmışdır.Adambaşına istehlaka görə ABŞ dünyada
birinci yerddə,eyni zamanda təzə nar və Nar Konsentratı idxalına görə dünya
birincisidir. Avropada ən böyük istehlakçı Böyük Britaniya,ikinci yerdə
Almaniya,üçüncü isə Pribaltika ölkələri sayılır.Dünyanın ən böyük isracatçısı
Irandır, ikinci yerdə Hindistan,üçüncü yerdə Türkiyə.Avropanın ən böyük
ixracatçısı Ispaniya, ikinci Türkiyə,üçüncü Israil.Bazarda yaranmış
tendensiyaya görə BB,Avstraliya ABŞ-dan,C.Koreya Irandan,Yaponiya ABŞ-dan,Çin

Hindistandan,Rusiya Iranda, Ukrayna Irandan daha çox məhsul idxal
edir.Nar məhsulları bazarı bir sıra digər məhsullar və konsentratlar kimi
monopolist təsirlərə məruz qalmayıb,onun satışı istehsalçının reklam və
marketinq fəaliyyətindən asılıdır.Nar daha çox müalicəvi meyvə xarakteri
daşıdığından hazırda məhz bu seqment üzrə dünya birincisidir,nar şirələri,nar
ekstraktları,əsasən Nar Konsentratından hazırlanan müxtəlif şirə,içki,nar şərabı
və tipli məhsullar dünya müalicəvi meyvə bazarının 40%-ni təşkil edir, ikinci
yerdə Acai şirkətinin draqon giləmeyməsi,daha sonra müxtəlif çoxsaylı bitkilər.
KONSENTRAT satışı bazarına daxil olarkən ilk növbədə dünya şirə istehsalçıları
və istehlakçıları olan ABŞ, BB,Almaniya, Rusiya, Braziliya,Çili, Meksika
,C.Koreyaya diqqət yetirmək lazımdır.Braziliya və Çili nar Konsentratından
qarışıq şirələrin istehsalında çox istifadə edirlər.Idxalçı ölkələr nar
Konsentratının keyfiyyətinə çox diqqətlə yanaşırlar,onun nar qabığı,çəyirdəyi
ilə qarışıq olmamasına,digər kimyəvi maddələrin olub olmamasını
yoxlayırlar,çöküntü məsələsinə diqqət də əsas parametrlərdəndir.ABŞ da import xəbərdarlığı
deyilən qara siyahıda www.accessdata.fda.gov bir sıra Iran,Türkiyə,Çili nar
konsentratı idxalçılarının adı var.Bu səbəbdən narın dənələnməsi prossesi
xüsusi ilə diqqət mərkəzində olmalıdır,lakin mənə məlumdur ki,Aznarda keçən ilə
kimi dənələnmə prossesindən istifadə olunmurdu,nar qabıq,çərdək qarışığı sıxma
prossesinə məruz qalırdı,lakin buna baxmayara Aznar Konsentrat ixracı ilə
uğurla məşğuldur.Hazırda dünya şirə bazarında birinci beşliyi bu meyvə şirələri
təşkil edir, qarışıq meyvə şirələri, alma,apelsin,tomat,multvitamin.Deməli son
illərdəki uğuruna baxmayaraq nar şirəsi ikinci onluqda ola bilər, bu səbəbdən də
Konsentrat satış həcmlərinin müəyyən məhdud bir həcmdə olması müəyyənləşir,hətta
bu barədə ümumi statistik rəqəmlərə rast gəlinmir, pərakəndə şəkildə göstərilən
rəqəmlər isə ümümi fikrə gəlməyə qənat vermir, lakin bu həcmlər yüz min ton
civarında ola bilər.Diqqət etmək lazımdır ki, nar Konsetratının qiyməti də digər
konsentratlardan kifayət qədər bahadır.Bazara ugurla daxil olmaq üçün hər şeydən
əvvəl dünya standartlarına cavab verən məhsula və rəqabət gücünə malik qiymətə
malik olmaq gərəkdir, əvvəlcədən potensial bazar və müştərilərin dərin
marketinqi , analizi aparılmalı, müəyyən iri treyderlərlə əlaqələr
qurulmalı,konsentrat bazarı barədə daha dərin məlumatlar əldə olunmalı və
bundan sonra yatırım konsepsiyası gündəmə gətirilməlidir , bunun üçün ayrıca
plan tutulmalı, iki-üç ay ərzində intensiv işlər görülməlidir.  AZNAR Göyçay on ildən artıqdır ki, nar şirəsi,narşərab
və nar Konsentratı istehsalı və satışı ilə məşğuldur, bu ana bu məhsulları
uğurla ixrac edir, kifayət qədər bazarda tanınır,müştəri bazası genişdir,bir
sıra ölkələrdə iri treyderlərdən tutmuş kiçik firmalara kimi onun nar
Konsentratını təklif edirlər,lakin şirkət yaxın illərin perspektiv planlarını əvvəlcədən
araşdırır,2014-2016 da eksport həcmləri perspektivinə belə yanaşir : ABŞ 1500
Mtn,Kanada 400 tn., Almaniya 300 tn, Rusiya 400 tn, BB 250tn, C.Koreya 120 tn,
Meksika 100 tn, Avstralya 120 tn, Niderland 160 tn, Fransa 140 tn., Əlbəttə bu
yalnız perspektiv plandır,bundan başqa Aznar digər sənaye sahələri,kosmetika,dərman,ərzaq
əlavələri pişşeviye dobavki, üçun də ekstrakt istehsal etməyi nəzərdə tutur, bu
sahələrdə xüsusi ilə Yaponiya, C.Koreya şirkətləri ilə əməkdaşlıq edir.2013 də
şirkətin nümayəndələri Meksikada, Braziliyada,Almaniyada, Avropanın və dünyanın
bir sıra ölkələrində təşkilçedilmiş sərgi ,simpozim,konfranslarda
Ispaniya,Rusiya, Türkiyə, içtirak etmiş, məhsullarını nümayiş etdirmiş, yeni
müştəri bazası yaratmışlar.Şirkət öz saytında nar və məhsulları barədə müxtəlif
reklam və elmi xarakterli məqalələr də yerləşdirir.Nar məhsullarının və
Konsentratının hazırki durumundan,petspektivindən,yüksək satış qiymətindən
çıxış etsək, Yatırım planlarında bu yanaçma tədbirlərini də nəzərə almaq məqsədəuyğun
olardı.Ümumiyyətlə isə Qərb bazarları ilə yanaşı ilk növbədə Rusiya,
Qazaxstan,Ukrayna, Belarusiya,Pribaltika bazrlarını çıxış nöqtəsi kimi qəbul edərək
bu məkanlarda iri Konsentrat satıcısı olan kompaniyalarla, şirə istehsalı
zavodları ilə,digər bazar iştirakçıları ilə əlaqələr qurmaq məsləhət olardı,məsələn
Rusiya bazarında 2013 də 3,1 mlrd.lt.müxtəlif şirələrdən istifadə olunub,2014 də
bu rəqəm 3,5 mlrd.litr təşkil edəcək, hazırda Rusiyada nar şirəsindən istifadə
ilbə -il artır,Həştərxan ezamiyyəti zamanı bu şirənin hətta bu quberniya şəhərində
aktiv satıldığının şahidi oldum və bu barədə ezamiyyət hesabatımda
yazmışam.Rusiya nar konsentratı bazarında Iran şirkətləri ilə yanaşı Aznar da
aktiv fəaliyyət göstərir,Azqranata, Miri Pak, Baki kons.Moskva da nar şirəsi,narşərabla
yanaşı Konsentrat da təklif edirlər,hətta bir sıra hallarda bunu Rusiyadakı
anbarlarından kiçik topdan satış şəklində də təklif edirlər, bir çəlləkdən bir
neçə tona kimi,hətta məhsulun mərkəzi reqionlara pulsuz çatdırılmasını da təmin
edirlər.Azərbaycan konsentratını çoxsaylı treyderlər də təklif edirlər,hətta
ofisi Yunanıstanda olan firma belə bu məhsulu satışa çıxarır.Aşağıda Rusiya nar
Konsetratı satışı həyata keçirən firmaları qeyd edirəm : 1. www.Falkontradinq.ru
65 %, 7min evro tonu, bu şirkət məhsullarımızla maraqlanır. 2.www.tdtriada.ru ,
65 %, Azb 5500 doll,iran 6000 doll.,3.http://afrosaib.blizko.ru , özb.,65%,
5000 doll.,saratov müşt.yaxın partnyoru.4.http:// merkatos.net , 65% , azb.
3900 doll., 5.eurowine.com ua , Cibtak,3820 doll., 6. www.doveco.ru   azb, iran, 65%, ambarları Moskva,
NRsk,Vladivostok, Saratov,Tomsk. 7.www.telli.ru   azb 65% 8 -10. Bozorqmehr,Zanus ar, Şirin
asal iran şirk., Moskva,Həştərxan, bu şirk.əlaqələr var.,bax.Həştərxan
hesabatı. Zanus Ar., iran, 65%, 194 rub., 11.OOO Kenz, Iran,65 %, 158 rub.,
12.Soyuz Konsentrat, S.P., www.fineunion.com  
iran,azb 65% , ambar., S.P., Krasnodar,Həştərxan., 13.Megafruit.ru , SP,
Həştərxan 14.http://incos.ru  ,
iran,azb., özb., israil , 65% 15.Frulantis.com ,Yunanıstan, 65%, azb. və s. Beləliklə,nar
konsentratı satışı barədə bəzi məlumatlardan sonra bir məsələyə də diqqəti çəkmək
istərdim,bu da nar məhsulları barədə olacaq,hazırda Holdinqimiz nar şirəsi
istehsal edir, bununla yanaşı nar morsunun ( 20% nar şirəsi, Almaniyada Dovqan
şirkəti məhz bu məhsulu uğurla satır, ümumiyyətlə isə almanlar şirələri qazlı
su ilə qarışdırıb ona Şorli deyirlər, bu şəkildə içməyə üstünlük verirlər), nar
mürəbbəsinin,cem tipli nar dənələri şəkər ilə, qurudulmuş nar dənələri,dondurulmuş
nar dənələri, qarışıq nar kompotunun istehsalı məsələsini də nəzərdən keçirmək
olar,bu məhsullrı həm xarici,həm də daxili bazarda satmaq mümkündür .Exsport Satış
Departamentinin müşaviri H.Hüseynov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler