Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İqtisadiyyatımız çox ağır xestedi…” – İqtisadçı professor…

07 Ekim 2016

8:12 am


07/10/2016 [12:09]: xeber –
Neft fondunun bir milyard dollar vəsaitinin Beynəlxalq Bankda yerləşdirilməsi haqqında informasiya aldım, əlbəttə, bu müsbət tədbirdi. Mənim hökümətə təqdim etdiyim təkliflərin içərisində on illərlə köklü yer alan təklifdi. Əlbəttə, hansı məntiqə sığar ki, öz resurslarını, illah da ki, ekstra rezervlərini 1%-dən xaricə kredit verəsən, 5-10%-dən isə xaricdən kredit alasan.Bu həm dərhal manatın kursunun sabitləşməsini təmin etdi, həm də ölkədə qəbul olunan tədbirlərin cüzi də olsa böhranın aradan qaldırılması üçün genişləndirici maliyyə siyasətinin cücərtilərini göstərdi, yəni tələbi artıracaq.Mətbuatla tanış olan şəxslər bilirlər, hələ bir il əvvəl islahatlar paketi təqdim etmişdim və bu gün onun əsas sənəd layihəsini yenidən təqdim edirəm (işləmə mexanizmi üzrə bir çox sənəd layiləri də mətbuatda dərc olunmuşdu). Çox gec də olsa tətbiq etmək olar. Həmin təklifləri bu linkdən oxumaq olar— moderator.az/news/101351.htmlAmma ekstra valyuta ehtiyyatlarının bir qisminin ölkə banklarında yerləşdirilməsi təklif olunan tədbirlərin içərisində mindən birini təşkil edir. İslahatlar kompleks olmalıdır. İnsan ağır xəstəlik keçirəndə kompleks müayinə və müalicə olunur, iqtisadiyyatımız çox ağır xəstədi. Digər tərəfdən, hətta bu tədbirin işləmə mexanizmi və hüquqi bazası yaradılmamışdı. Səhv etmirəmsə, bundan əvvəl də Beynəlxalq Bankdan daha çox saylı milyardlar yoxa çıxmışdı. Mənə elə gəlir ki, hökümət əmanətləri haqqında fərman və ya qanun imzalanmalı idi, yerləşdirmə mexanizmi işlənməli idi, onların istifadə təlimatı verilməli idi: məsələn, mən təklif etmişdim ki, hökümət əmanətləri yalnız xəzinənin nəzarəti altında faizi 5%-dən yuxarı olmamaq şərti ilə yalnız qeyri-neft sektorunda investisiyaların kreditləşdirilməsinə yönəldilsin. Əgər bu tədbir devalvasiyalardan əvvəl görülsə idi, qətiyyən ölkədə belə vəziyyət alına bilməzdi. Maliyyə elmində bir anlayış var: maliyyə resursları ilə manevr etmə – pulun hətta hansı cibində saxlamağın da əhəmiyyəti var.Saleh Məmmədov, tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler