Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İqtisadiyyatımız 30 faiz neft-qazdan asılıdır” – Prezident

10 Ekim 2016

1:20 pm


10/10/2016 [17:19]: xeber –
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Dünya Enerji Konqresində iştirak etmək üçün İstanbulda səfərdədir. sayt xəbər verir ki,  çıxış edən dövlət başçısı bildirib ki, bu konqres Türkiyənin enerji dünyasındakı rolunu göstərir:”Türkiyə enerji təhlükəsizliyi yolunda önəmli addımlar atır, enerji siyasətinin müəyyən edilməsində önəmli rol oynayır. İyul ayında Türkiyə çətin sınaqdan şərəflə çıxdı. Türk xalqı prezident Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıqla çevriliş cəhdinin qarşısını aldı. Biz Azərbaycanda sizinlə fəxr edirik. Önəmli enerji layihələrimizi Türkiyə ilə birgə həyata keçiririk.Dünyanın neft tarixi Bakıdan başlayır. 19-cu əsrin ortalarında sənaye üsulu ilə dünyada ilk neft Bakıda çıxarıldı. 100 il sonra ilk dəfə dənizdən neft çıxarılması Azərbaycan neftçiləri tərəfindən həyata keçirildi.Müstəqillliymiz ilk illərində Azərbaycan xarici petrol şirkətlərini ölkəyə dəvət etdi. Biz müstəqilliyimizin 25-ci ildönümünü qeyd edəcəyik. Enerji sektoru bağımsız ölkə kimi inkişafımızda böyük rol oynayıb.Neft və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Hazırda iqtisadiyyatımızın neft və qazdan asılılığı 30 faiz təşkil edir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler