Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İqtisadiyyata kredit qoyuluşunda 5,2 milyard manat – AZALMA

10 Eylül 2016

6:32 am


10/09/2016 [10:30]: xeber –
Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşunun həcmi 2016-cı il avqustun 1-nə 19 milyard 364 milyon manat təşkil edib.İqtisadiyyata kredit qoyuluşunun həcmi ilin əvvəlindən 5 milyard 263,2 milyon manat və ya 21,37%, iyulun 1-nə nisbətən 1 milyard 839,6 milyon manat və ya 8,68%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2 milyard 965,1 milyon manat və ya 13,28% azalıb.Xatırladaq ki, məcmu kredit qoyuluşunun strukturunda bank sektorunun yatırımları 15 milyard 371 milyon manat təşkil edib. Bank sektorunun iqtisadiyyata kredit qoyuluşunun məcmu kredit qoyuluşunda xüsusi çəkisi son bir ayda 81,44%-dən 79,38%-ə enib.Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşunu artırıb. Lakin fevral-may aylarında kredit qoyuluşu azalma tendensiyasını davam etdirib.Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması amili göstərilir. İyulun yekununda dolların məzənnəsinin artmasına baxmayaraq, iqtisadiyyata kredit qoyuluşunun həcminin azalması dövlət investisiyaları və bank kreditləşməsinin azalması ilə bağlı olub.Reportun analitik qrupu 2016-cı ilin sonuna qədər manatın məzənnəsində kəskin devalvasiya olmasa, iqtisadiyyata kredit qoyuluşlarında azalma tendensiyasının davam edəcəyini gözləyir.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler