Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İqtisadiyyat naziri Sabirabadda vetendaşları qebul etdi

12 Ağustos 2016

12:12 pm


12/08/2016 [16:11]: xeber –

Azərbaycan Respublikası
Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Avqustun 12-də
iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad
rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin
rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət
edib.

Vətəndaşların müraciətləri
nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər
yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və
qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat
Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə
saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar
sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin
yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil
kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, ailə təsərrüfatlarının
təşkili, ixracın dəstəklənməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil
kredit təşkilatına kredit limitinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar
müraciət ediblər.

Qəbula gələn sahibkarlarla
müzakirələr aparılıb, onların istixana, cins heyvandarlıq, əkinçilik, ailə
fermer təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin
dəstəklənməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq
göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı istiqamətində həyata
keçirilən kompleks islahatlardan – lisenziyalaşdırma sisteminin sadələşdirilməsi,
sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya
təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.

Digər rayonlardan gəlmiş vətəndaşlar
da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə
diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər
görülüb.

Qəbula gələn vətəndaşlar
onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq
ediblər.

Qəbul çərçivəsində
iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli kreditlər hesabına reallaşdırılan
“Sabirabad Konserv Zavodu” ASC-nin, “Sabirabad” istixana kompleksinin və digər
ixracyönümlü layihələrin icrası ilə tanış olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler