Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İqtidar ona serf edeceyi halda silahlı dialoq da keçirer”

10 Ağustos 2016

8:08 am


10/08/2016 [12:06]: xeber –
Konstitusiyaya təklif
edilən son dəyişikliklərdən sonra bəzi müxalif siyasilər iqtidarla dialoq
masası arxasına oturmaq üçün heç bir əsas qalmadığı qənaətindədir.

Məsələ ilə bağl
sayt-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu da dialoq zərurətinin
son olaylardan sonra öz əhəmiyyətini ciddi surətdə itirdiyini vurğuladı. M.Mirəlioğlunun
sözlərinə görə, iqtidarın bütün məsələlərlə bağlı təkbaşına qərar verməsi
dialoq üçün yer qoymur:

“Konstitusiyaya təklif
edilən dəyişikliklər iqtidarın heç kəslə hesablaşmaq istəmədiyini göstərir. Ola
bilsin ki, sabah iqtidar məcburi şəkildə kimisə dialoqa aparsın. Kimlərisə bir
araya yığar, medianı dəvət edər və bunun da adını qoyar dialoq. Lazım gəlsə
polis və silah gücünə belə bir dialoq təşkil edər və adını da qoyar silahlı
dialoq.

Bir halda ki, iqtidar hər
şeyi özü həll edir, o zaman onunla hansı məsələni hansı əsasla müzakirə etmək
olar? Hesab edirəm ki, iqtidarın yürütdüyü siyasət onunla dialoq üçün yer
qoymur”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler