Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İqbal Ağazadeye Seyid Cefer Pişeveri Mükafatı teqdim edildi

13 Temmuz 2016

11:12 am


13/07/2016 [15:11]: xeber –
Siyasi həyatında Güney Azərbaycan məsələsini daim diqqətdə saxladığını və soydaşlarımızın haqlı mübarizəsinə hər zaman dəstək verdiyini nəzərə alaraq Güney Azərbaycan Konqresi Mərkəzi Komitəsinin 22 may tarixli qərarı ilə Ümid Partiyasının sədri Iqbal Agazade Güney Azərbaycanda Milli Hökumətin baş naziri olmuş Seyid Cəfər Pişəvərinin adını daşıyan Mükafata layiq görülüb. Bu gün Ümid Partiyasının qəragahında Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir həmin mükafatı İqbal Ağazadəyə təqdim edib və Güney davasına göstərdiyi diqqətə görə bir daha ona təşəkkürünü bildirib. Ümid Partiyasının sədr müavinləri Rüfət Muradlı və Elman Abbasovun da iştirak etdiyi təqdimat mərasimində İqbal Ağazadə bu mükafatın həyatının ən önəmli mükafatlarından olduğunu ifadə edərək Güneyli soydaşlarının haqlı davasına dəstək verməyin özünün soydaşlıq və mənəvi borcu olduğunu bildirmişdir.Ümid Partiyasının Mətbuat Xidməti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler