Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İPƏK YOLU” Sahibkarlarla enenevi iftar programında

25 Haziran 2016

6:24 pm


25/06/2016 [22:21]: xeber –
24 iyun 2016 tarixində “İPƏK YOLU” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin üzv şirkətlərinin nümayəndələrinə “Jumeirah Bilgah Beach Hotel”də ənənəvi iftar programı təşkil etdi.Tədbirin aparıcısı İctimai Birliyin üzvü, “Azərbaycan Keyfiyyət Asossasiyası”nın rəhbəri Samir Novruzlu birliyin məqsəd və məramı haqqında qonaqlara geniş məlumat verdi.Tədbiri giriş sözü ilə açan İctimai Birliyin İdarə Heyətinin sədr müavini “PİNLİGHT” şirkətinin rəhbəri Taleh Məmmədov qonaqları salamlayaraq birliyin qurulması və fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, İctimai Birliyin qurulmasından 3 il keçməsinə baxmayaraq 100-dən çox şirkəti özündə birləşdirir və bu üzvlərin sayı ildən-ilə artmaqdadır.Sədr müavini onu da qeyd etdi ki, İctimai Birliyin son keçirdiyi tədbirlərdən “Kiçik və Orta Sahibkarlığa Dəstək” (KOS EXPO 2016) Sərgi-Konfransı çox faydalı keçdi və bu tədbirin əhəmiyyətindən danışdı. Xüsusən də kiçik və orta sahibkarlara faydalı olan bu tədbirin hər il keçirilməsinin əhəmiyyətini vurğuladı.“İpək Yolu” SİDİB İdarə heyətinin üzvü və “Pərakəndə Satış Asossasiyası”nın rəhbəri Mədəd Rüstəmov isə öz çıxışında iqtisadiyyatda kiçik və orta sahibkarlığın önəmindən danışaraq bu sahəyə xüsusi diqqətin ayrılmasının vacibliyini qeyd etdi.Programın sonunda bəzi üzvlər müxtəlif nominasiyalar üzrə Təşəkkürnamələr ilə təltif olundular. Təşəkkürnamələri üzvlərimizə məşhur teleaparıcı gözəl insan, gözəl dost Hacı Nuran bəy təqdim edərək, öz çıxışında bu tipli tədbirlərin sayının daha çox keçirilməsinin əhəmiyətinə diqqət çəkdi.Sonda isə tanınmış müğənni Coşqun Viləşin mahnıları ilə tədbir başa çatdı.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler