Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İntihar eden telebe ile bağlı resmi açıqlama: “Son bir ay idi ki, o…”

11 Ekim 2016

9:52 am


11/10/2016 [13:50]: xeber –
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən tələbənin intiharı ilə bağlı açıqlama verilib.sayt xəbər verir ki, məlumatda 4-cü kurs tələbəsi olan Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat etdiyi bildirilir: “O, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alırdı.Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.Qeyd edək ki, son vaxtlar tələbə özünə qapanmışdır, son bir ayda dərslərdə iştirak etməmiş, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırmışlar.BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler