Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İnterpol AZAL-ın yüksek vezifeli emekdaşını axtarır -Foto

26 Haziran 2016

7:20 am


26/06/2016 [11:16]: xeber –
Xəbər verildiyi kimi beynəlxalq polis təşkilatı İnterpol insan alveri ilə məşğul olan mütəşəkkil qruplaşlara qarşı İnfra Hydra əməliyyatı keçirir. Bu əməliyyat çərçivəsində 31 ölkə 180 şübhəlini müəyyən edib və beynəlxalq axtarışa verib. Onlardan 57-i artıq İnterpol tərəfindən həbs edilib.Beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb. Onların arasında bir Azərbaycan vətəndaşının olduğu da bildirilirdi.Virtualaz.org araşdırıb ki, həmin şəxs AZAL-ın yüksək vəzifəli əməkdaşı Tacəddin Əliyevdir. Tacəddin Əliyev Heydər Əliyev Bakı Beynəlxalq Aerportunun sərnişin nəzarətinin rəhbəri olub və tabeçiliyində olan işçilərlə, habelə hava yolları şirkətinin əməkdaşları ilə əlbir olaraq 2 İraq vətəndaşının sərhədi qanunsuz keçməsinə şərait yaradıb, bunun əvəzində onlardan pul alıb.İnterpol-un saytında Tacəddin Əliyevin dosyesi yer alır. Orada göstərilir ki, T.Əliyev 1970-ci ildə Cəlilabad rayonunda anadan olub, Azərbaycan vətəndaşıdır. Azərbaycanın prokurorluq orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Boyu 180 sm, çəkisi 107 kq-dır.(Virtualaz.org)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler