Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İnternetden torpaq aldı, pulundan oldu – Ehtiyatlı olun

01 Kasım 2016

8:48 pm


02/11/2016 [00:47]: xeber –
İnternet üzərindən tanış olduğu şəxsdən torpaq alıb beh ödəyən Rauf Abbasov indi həm pulundan olub, həm də torpaqdan. Buna Abbasovun toprağı alaraq beh ödədiyi Oktay və Elnur adlı şəxslərin bir anda yoxa çıxması səbəb olub. Hadisə Sabunçu rayonu Kürdəxanı-Məhəmmədi yolunun kənarında yerləşən Yeni Yaşayış Massivində baş verib.Məlum olub ki, eyni hadisə Canblad Məmmədov adlı şəxsin də başına gəlib. Həmin şəxslər Canblad Məmmədovdan ev tikmək adı ilə 20 min manat pul alıblar.Zərərçəkənlər deyirlər ki, alqı-satqını notariat qaydada həyata keçirməyiblər. Onlar Elnur və Oktay ilə alqı-satqını öz aralarında bağladıqları müqavilə əsasında həyata keçiriblər.Onlar iddia edirlər ki, həmin şəxlər eyni üsulla bir neçə insanı da aldadıblar. İndi vətəndaşlar həmin şəxslərin tapılaraq dəymiş ziyanlarının ödənilməsini istəyirlər.Müqavilədə qeyd edilən nömrələrə zəng edilsə də, telefonlar bağlı olub.Daşınmaz əmlak ekperti Ramil Osmanlı deyir ki, internet üzərindən satışa çıxarılan əmlakları almaq olar, ancaq bu zaman alan və satan tərəf bəzi nüanslara diqqət etməlidir.(xezerxeber)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler