Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İnsanlığı heqiqete, emeli elme xidmet eden alim

20 Temmuz 2016

9:16 am


20/07/2016 [13:15]: xeber –
Kiminsə tərəfindən yazılan yazının haqqında danışılan şəxsin böyüklüyünə, yaxud kiçikliyinə qətiyyən dəxli yoxdur. Çoxluq – ictimaiyyət tərəfindən hərtərəfli bir şəxsiyyət kimi qəbul olunan insan haqqında kim mənfi fikir söyləsə, həmin söylənilən fikirlərin hamısı bumeranq kimi o fikri söyləyənin özünə qayıdacaq, özünə şamil ediləcəkdir. Yaxud, istedadsız, qabilyyətdən məhrum olan bir kəs haqqında bəlağətli təriflər, ağılasığmaz təşbihlər yazan kəs özünə başucalığı gətirə bilməyəcək. Həmin təriflərlə tanış olanlar mütləq və mütləq bu təriflərin arxasında bir təmənna, bir yarınma axtaracaqlar.Haqqında söylənilən fikirlər fikir söylənilən şəxsiyyətin işinin, əməlinin və istedadının təsdiqinə çevrildikdə bu, mütləq və mütləq həm fikir söyləyənə, həm də haqqında fikir söylənilənə başucalığı və sevgi gətirməkdən başqa bir şeyə xidmət etməyəcəkdir.Elə bu yanaşmanı əlimdə bayraq edərək, dostum, həmkarım, elminə və şəxsiyyətinə böyük hörmət bəslədiyim (bunların hamısını o özü təmənnasız qazanıb) istedadlı və məhsuldar alim, fəal ictimaiyyətçi, milyon haqsızı bir haqlıya qurban verən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov haqqında bildiklərimi və duyduqlarımı qısaca da olsa, bu yazını oxuyanlarla bölüşmək istərdim.Mən Buludxan müəllimlə 90-cı illərin əvvəllərində tanış olmuşam. Tanışlığımızın təfərrüatına varmadan deyə bilərəm ki, Buludxan müəllim onunla bərabər tanış olduğum bir neçə həmkarımın içində öz gülərüzlüyü, söylənilən fikrə diqqətcilliyi, ən adi bir yeni, yaxud yanlış fikrə reaksiyası ilə diqqətimi daha çox cəlb etdi. Və özümdən asılı olmayaraq elmdə ağa ağ, qaraya qara deyən bu insana hörmətim daha artdı, diqqətim daha çoxaldı. Onun elmi yaradıcılığını ardıcıl olaraq izləməyə başladım. Azərbaycan dilinin qrammatikasına aid nəşr etdirdiyi dərslik və monoqrafiyalarla tanış olduqdan sonra onun anlayışlarla bağlı söylədiyi yeni fikirlər məni ona daha çox bağladı. Qrammatik anlayışlarla bağlı söylənilən fikirlərə bir ehkam kimi yanaşmayan bu insana – professora rəğbətim daha da artdı.Həqiqi elmi fikri bəzəksiz-düzəksiz qəbul edən bu insanla əlaqələrim dahagenişləndi və aramızda isti münasibət yarandı.Bu münasibət bu gün də davam edir və elə bilirəm ki, bundan da isti formada sonadək davam edəcəkdir.Professor Buludxan Xəlilov bir neçə cəhətdən bənzərsiz şəxsiyyətdir. (Bənzəri olsa belə, öz dəstxətti ilə seçilən şəxsiyyətdir).Ona bir dilçi alim kimi yanaşdıqda Buludxan müəllimin böyüklüyü daha qabarıq şəkildə diqqəti cəlb edir. Onlarla fundamental elmi əsərin müəllifi olan bu insanın həmkarları ilə münasibətində biruzə verdiyi sadəlik, səmimilik, doğmalıq onu bir insan kimi ətrafdakılara daha çox sevdirir, onlara doğmalaşdırır, ünsiyyət qurmağa şərait yaradır. İşinin daha çox olduğu dəqiqələrdə belə, ona olunan müraciətləri müsbət və obyektiv şəkildə cavablandırmaqdan yayınmır. Müraciət edənə öz əzizi, yaxın və doğması kimi yanaşır. Ehtiyacı olanın ehtiyacının ödənilməsində yardımçıya çevrilir.Professor Buludxan Xəlilovu başqa dilçilərdən fərqləndirən mühüm cəhətlərdən biri və əsası onun əsərlərinin dilinin şirinliyi, sadəliyi, axıcılığı və belə ifadə etmək mümkünsə, poetikliyi (elmin özündə, yəni elmi dildə də bir axıcılıq, oxunaqlıq olmalıdır), yığcamlığıdır.Buludxan müəllim həm də gözəl şeirlər müəllifidir. Ola bilsin ki, ən yaxın həmkarları belə onun bu istedadından xəbərsizdirlər. Onun yazdığı şeirlərdə yurd sevgisi, vətənə, torpağa sədaqət, böyüklərə hörmət, dosta məhəbbət hissi inandırıcı şəkildə öz əksini tapıb ki, oxuyanda həmin misraların sənin öz qələmindən çıxmadığına təəssüflənirsən.Mərhum dostumuz , həyatdan vaxtsız köçmüş istedadlı insan İbrahim Ömərova həsr etdiyi “Gələrsən” adlı şeirini oxuyanda ürəyi daş olan insan belə göz yaşlarına hakim ola bilməz. Bu şeirdə dosta olan sədaqət, ona olan bağlılıq, vaxtsız ayrılıqdan doğan kədər elə inandırıcı (insanın özünün yaşadığı kədər, ağrı-acı kimi) qələmə alınmışdır ki, şeirlə tanış olanda oxucu doğma həsrətinin, dost itkisinin insan daxilində yaratdığı təlatümü müəllifin yaşadığı ağrı-acıdan daha kəskin şəkildə yaşayır.Ömrün 50 illik zirvəsini vüqarla və ləyaqətlə fəth edən professor özündən asılı olan tələbə-magistr və doktorantlarına, belə demək mümkünsə, özövladlarından daha çox qayğı göstərir. Onların hər birinin yaradıcı işlərinə göstərdiyi diqqəti görəndə dilçilik elmimizdə imzaları min illər boyu yaşayacaq böyük alimlər – Bəkir Çobanzadə, Muxtar Hüseyinzadə, Tofiq Hacıyev və barmaqla sayılacaq qədər olan digər görkəmli dilçilərimiz yada düşür.Atalar “Alim olmaq asandır, adam olmaq çətin” ifadəsini tariximizin səhifələrinə nahaq yerə yazmayıblar. Görkəmli alim olmaq böyük xoşbəxtlikdir. Ancaq görkəmli alimin həm də qayğıkeş insan, tələbələrin yaxın dostu, həqiqətin bərqərar olmasının təəssübkeşi kimi çıxış etməsi isə böyüklükdür, sadəcə söyləsək, dahilikdir.ADPU-nun filologiya fakultəsinin dekanı kimi fəaliyyət göstərən filologiya elmləri doktoru, professor, bir neçə adlı mükafatın sahibi, əziz dostum Buludxan Xəlilova öz işlərində və yaradıcılığında uğurlar diləyir, ona qayğısız, yaradıcı və sağlam 100 illik bir ömür arzulayıram.Sərdar Zeynal,filologiya üzrə elmlər doktoru10 iyul 2016Ordubad-Tivi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler