Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İnsanların mülkiyyet hüququ kütlevi şekilde pozulur”

10 Ağustos 2016

8:12 am


10/08/2016 [12:09]: xeber –
“Azərbaycanda insanların
mülkiyyət hüququ kütləvi şəkildə pozulur”.

Bunu sayt-a
açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya
Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, mülkiyyət
hüququnun pozulması əsas insan hüquqlarından birinin pozulması deməkdir və bu, vətəndaşlarda
dövlətin ədalətinə olan inamı sarsıdır:

“Məsələ bundadır ki, həm
qanunlarımız, həm də dinimiz xüsusi mülkiyyəti toxunulmaz hesab edir. Lakin
reallıq bundan ibarətdir ki, Azərbaycanda sadə vətəndaşların mülkiyyət hüququ bəzi
məmurlar, yetkililər tərəfindən tez-tez pozulur. Mediada bununla bağlı çoxlu
sayda şikayət və informasiya mövcuddur.

Xüsusi mülkiyyət
hüququnun pozulması, xüsusi mülkiyyətə hər hansı formada qəsd edilməsi
yolverilməzdir. Bu, sadəcə vətəndaşların əsas huquqlarından birinin pozulması
demək deyil. Bu, həm də qanun və ədalətin pozulması deməkdir. Bu isə insanlarda
dövlətin ədalətinə olan inamı sarsıdır, mülkiyyət hüququnun möcudluğunu faktiki
olaraq əhəmiyyətsiz edir”.

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler