Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İnsanlar xesteliklerinin 85%-nin sebebini suda axtarmalıdır”

20 Eylül 2016

11:16 am


20/09/2016 [15:12]: xeber –
Azərbaycanın su bazarında həm
ölkə daxilində, həm də Gürcüstan, Rusiya və s. ölkələrdən idxal edilən müxtəlif
ad və markalı sulara rast gəlmək mümkündür. Bəs bu suların keyfiyyəti qənaətbəxşdirmi?

sayt-a açıqlama verən
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov bu sahədə ciddi
problemlərin mövcudluğuna diqqət çəkdi:

“Azərbaycanda ilk dəfə bir il bundan öncə TDS cihazı
ilə çox sadə təcrübə apardım. Bu təcrübəni 12 suyun üzərində həyata keçirdim. Bu
təcrübənin nəticəsini ictimaiyyətə çatdırdım. Bir həftə ərzində üç məhkəmə
çağırışı aldım. Mənə zəng edib bildirdilər ki, diqqət et gör benzindən neçə dəfə
bahalı bir şeyə toxunursan.

Hazırda bu sahədə ciddi problem
yaşanır. Təbiətin möcüzəsi olan H2O-nun litri 30 qəpikdən tutmuş 8 manata qədər
satılır. İki hidrogen bir oksigendən ibarət suyun qiyməti niyə bu qədər fərqlidir?
Elə bir mal yoxdur ki, onların qiyməti arasında bu qədər təzad olsun. AİB ciddi
ekspertiza aparmağa nail olmadı. Çünki suyun tam xəlitəsini çıxartmaq üçün 300-ə
qədər ekspertiza aparılmalıdır.

Çox təəssüflər olsun ki,
istehlakçının ayıra bilmdiyi yeganə malla bağlı belə bir problem var. Suyun qoxusu,
dadı, rəngi yoxdur. Lakin bunsuz insan da yaşaya bilmir. İnsanın bədəninin
85%-i sudur. Buna görə də insanlar xəstəliklərinin 85%-nin səbəbini suda
axtarmalıdır. Suyun tərkibində ciddi problemlər var”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler